Accessibility links

Kipr bankları rusiyalı milyonerlərin etimadını sarsıtdı [Video]


Kiçik bir ölkə olan Kipr banklarındakı böhran Rusiya boyu ciddi narahatlıqlara yer verib. Rusiyalılar illərdir Aralıq dənizi adası Kiprin inşaat şirkətlərinə investisiya yatırır. Son 10 ildə 40 minə qədər rusiyalı Kiprə köçüb ki, hal-hazırda onlar ölkədəki əhalinin 5 faizini təşkil edir. Lakin insanları Moskvanın şaxtasından bu adaya günəş yox, buradakı aşağı vergilər, bürokratiyanın azlığı və avro-zonanın təhlükəsizliyi cəlb edib.

Hal-hazırda Moskvanın maliyyə mərkəzində şüşəbənd göydələnlərin yarı-boş qaldığı vaxt, rusiyalıların Kipr banklarında 32 milyard dolları yatır. Bu kiçik ölkəyə xaricdən axan investisiya iqtisadiyyatının 75 dəfə böyük olduğu Rusiyadan daha çoxdur.

Nyu-York Universiteti Beynəlxalq Əlaqələr şöbəsinin professoru Mark Qaleotti Rusiyanın yatırdığı pulları araşdırır. “Ora istər cinayət məsuliyyətindən, istərsə də vergilərdən yayınan rusiyalıların yuvasına çevrilib. Ora həm də rus oliqarxlarının sevimli məkanıdır."

Kipr həddən artıq varlı rusiyalıların vergilərini minimum endirmək üçün qızıl fürsət idi. Kiprin kriminallar üçün cənnət statusu İnternational Herald Tribune qəzetinin karikaturasında da öz əksini tapır. Qaleotti bununla bərabər Kipr banklarının orta sinif rusiyalıları da cəlb etdiyini deyir. “Kipr günəş şüaları ilə yanaşı maliyyə təhlükəsizliyi vəd edir.”

Bütün bunların hamısı Kiprin bank böhranı ilə qəfil sona çatdı. Yeni qaydalara əsasən bankda 130 mindən artıq pulu olan 40 faiz vergi ödəyəcək.
Bu xəbər rusiyalıların etirazına səbəb oldu.

Moskvanın “Evans” daşınmaz əmlak şirkətinin icraedici direktoru Maksim Mokeyev rusiyalıların vergini düşmən əməli kimi gördüklərini deyir. “İnsanlar bunu şəxsi məsələ kimi qəbul edir. Bu məsələdə inam tamamilə itdi. Çünki onların yatıqdıqları məbləğın 40 faizi əllərindən alındı.”

Mokeyev rusiyalıların valyuta üzərində nəzarətin uzun illər olacağına inandıqlarını və oliqarxların pullarını geriyə almağa çalışdıqlarını deyir. “Bir saatdan bir Kiprə uçan təyyarələr rus biznesmenləri ilə doludur. Onlar müxtəlif yollarla, necə olursa-olsun pullarını çıxarmağa çalışırlar.”

Mokeyev rusiyalıların daha Kiprdə ev almayacaqlarını və adada evlərin də qiymətlərinin düşəcəyini deyir. “Kiprə inam tamamilə itdi, bundan sonra nə heç kəs bu banklara pul yatırmayacaq”

Kipr yalnız rus turistlərinə istirahət məkanı ola bilər, amma artıq rus investorlarına yox.
XS
SM
MD
LG