Accessibility links

Türkiyə ilin sonuna qədər Kipr məsələsinin həllinə çağırır

  • Amerikanın səsi

Türkiyə ilin sonuna qədər Kipr məsələsinin həllinə çağırır

Türkiyə ilin sonuna qədər Kipr məsələsinin həllinə çağırır

Türkiyə adanın gələn il Avropa İttifaqının prezidentliyinin icrasına vahid ölkə kimi başlaya biləcəyinə ümid edərək, Kiprin yunan və türk icmalarını bu ilin sonuna qədər razılıq əldə etməyə çağırır. Türkiyənin Xarici İşlər naziri Əhməd Davutoğlu bu gün deyib ki, gələn altı ay ərzində adanın birləşməsinə dair şərtlər razılaşdırılsa, Kiprin türk və yunan icmaları 2012-ci ilin əvvəlində qərarı səsə qoya bilər. Onun sözlərinə görə, yeni dövlət Kiprin 2012-ci ildə Avropa İttifaqına prezidentliyini legitimləşdirə bilər. Davutoğlu deyib ki, ada birləşməsə və onun yalnız bir hissəsi Avropa İttiffaqının prezidentliyinin icra etməyə başlasa bu, daha bir səhvə yol vermək və Avropa dəyərlərinin əleyhinə olmaq demək olacaq.

XS
SM
MD
LG