Accessibility links

Çərşənbə axşamı Çex Respublikasında silahlı şəxs restoranda özünü vurmazdan əvvəl səkkiz nəfəri güllələyib. Hadisənin Slovakiya ilə sərhəd yaxınlığında, 17 min sakini olan Uqerski Brod şəhərində baş verdiyi bildirilir.

Restoran sahibinin dediyinə görə, silahlı şəxs içəri girərək atəş açmağa başlayıb. O, digər bir neçə nəfərlə birlikdə restoranın arxa qapısından qaçdığını və bundan sonra polisə zəng etdiyini deyib.

İnsident zamanı bir qadının sinəsindən yaralandığı və vəziyyətinin ağır olduğu bildirilib.

Çex Respublikasının ictimai radiosunun yaydığı xəbərdə deyilir ki, hücumdan əvvəl qatil televiziya stansiyasına zəng edərək, polisin onun problemini həll etmədiyindən şikayət edib və məsələni özünün həll edəcəyini deyib.

Bu insident ölkə tarixində dinc şəraitdə baş vermiş ən ölümcül hadisə kimi dəyərləndirilir.

XS
SM
MD
LG