Accessibility links

Dövlət Departamenti ABŞ vətəndaşlarına Rusiyaya səfərlərlə bağlı xəbərdarlıq edib



ABŞ Dövlət Departamenti Ukraynada gərgin vəziyyətlə əlaqədar Rusiyada olan, ya da ölkəyə səfər etməyə hazırlaşan Amerika vətəndaşları üçün xüsusi xəbərdarlıq açıqlayıb.

Xəbərdarlıqda Rusiyada Amerika əleyhinə nümayişlər və aksiyaların keçirilməsi ehtimalıının artdığı bildirilir, eyni zamanda, Rusiya silahlı qüvvələrinin Ukrayna ilə sərhəddə hərbi təlimlərilə əlaqədar naharatlıq ifadə edilir.

Dövlət Departamenti regionda gərginliklərlə əlaqədar Rusiya daxilində hərbi münaqişənin başlamasının mümkünlüyü, ya da ABŞ vətəndaşlarına birbaşa təhlükənin olduğuna dair xüsusi məlumatın olmadığını qeyd edib. Bununla belə, department Ukraybna ilə sərhəd regionlarda olan, ya da Bryansk, Belqorod, Voronej, Rostov şəhərləri, eləcə də Krasnodar vilayətinə səfər etmək istəyən Amerika vətəndaşlarına gərginliyin artması, hərbi toqquşmalar (təsadüfən, ya da qəsdən) və ya başqa zorakı aktlar kimi insanların həyatı üçün təhlükə yarada biləcək hadisələrin baş verə bilməsilə bağlı xəbərdarlıq edib.

Dövlət Departamenti mediada bu regionlarda Rusiyanın hərbi qüdrətinin artırıldığı və neo-nasist və ekstremist qüvvələrin mövcudluğunun gücləndirildiyi haqda məlumatların verildiyinə işarə edib.

Bununla əlaqədar olaraq, ABŞ vətəndaşları və Birləşmiş Ştatların maraqlarına qarşı zorakı aktlar təhlükəsinin mövcud olduğu bildirib.

ABŞ vətəndaşlarına hökumətin sanksiyalaşdırdığı nümayişlər də daxil olmaqla aksiyalarda iştirak etməmək və təhlükəsizliyin təmin edilmədiyi halda insanların kütləvi şəkildə toplaşdığı yerlərə getməməsi tövsiyə edilir. “Münaqişə ilə əlaqədar nümayişlər Rusiyanın hər hansı bir yerində, hər hansı bir vaxt baş verə bilər. Bu nümayişlər qarşıdurma və zorakılığın baş verməsinin mümkünlüyünü artırır”-deyə xəbərdarlıqda qeyd edilir.

Dövlət Departamenti ABŞ vətəndaşlarına yüksək sayıqlıq göstərmək və öz təhlükəsizliklərinin təmin edilməsi üçün müavfiq addımlar atmağı tövsiyə edib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG