Accessibility links

ABŞ Dövlət katibi Kerri Azərbaycanı Respublika günü münasibətilə təbrik edib. Dövlət Departamentinin açıqladığı təbrikdə deyilir:

“Prezident Obama və Birləşmiş Ştatlar xalqı adından Azərbaycan xalqı və hökumətini mayın 28-i Respublika günü münasibətilə təbrik edirəm.

Azərbaycan Respublikası və Birləşmiş Ştatlar enerji təchizatının divertifikasiyası və regional təhlükəsizliyin təmin edilməsi kimi birgə öhdəlik bölüşür. Biz xüsusilə Azərbaycanın Əfqanıstanda NATO-nun missiyasında tərəfdaşlığına görə xüsusi minnatdarlığımızı bildiririk.

Birləşmiş Ştatlar demokratik təsisatların gücləndirilməsi, açıq bazar iqtisadiyyatının inkişaf etdirilməsi, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli yolunun tapılması üçün Azərbaycanla əməkdaşlıq işinə sadiq olaraq qalır.

Bu əlamətdar günü qeyd etdiyiniz zaman Birləşmiş Ştatlar bu münasibətlər' və bütün azərbaycanlılar üçün daha parlaq gələcəyin təmin edilməsinə sadiq qalır.”
XS
SM
MD
LG