Accessibility links

Yeni sorğu dünya ölkələrinin parlamentlərində qadınların sayının artdığını göstərir. Parlamentlərarası İttifaqın hesabatına əsasən, dünya ölkələrinin parlamentlərində yerlərin 22 faizini qadınlar tutur. Bu, son illərlə müqayisədə 1,2 faiz artımdır.
Əlbəttə 1,2 faiz o qədər də böyük göstərici kimi görünməyə bilər. Lakin Parlamentlərarası İttifaqın tendensiyanın artdığını və tendensiyanın davam etdiyi halda, gələn 20 ildə parlamentlərdə gender bərabərliyinin təmin olunmasına gətirib çıxara biləcəyini bildirir.

Parlamentlərarası İttifaqın keçirdiyi sorğuya əsasən, dünya ölkələrində parlament üzvlərinin sayının artması qadınların parlamentlərə seçilməsi və ya təyin edilməsini yüngülləşdirən qanunvericilik və könüllü kvotların artması ilə izah etmək mümkündür.

Dünyanın 189 ölkəsində aparılan sorğuya görə Ruanda, Andorra, Kuba, İsveç və Cənubi Afrika qadınların parlamentlərdə ən çox təmsil oluduğu ölkələrdir. Mikroneziya, Palau, Qətər və Vanuatuda parlamentlərdə yalnız kişilər olduğuna görə bu ölkələr sorğuda ən aşağı yerləri tutur.

Sorğuda göstərilir ki, Şimali və Cənubi Amerik dünyada qadın parlamentarilərin ən çox olduğu region kimi irəlidədir. Bu region ölkələrinin parlamentlərinin 15 faizi qadınlarla təmsil olunub. Lakin ən böyük irəliləyiş Ərəb dünyasında baş verib. Belə ki, ərəb ölkələri arasında Səudiyyə Ərəbistanında Şuraya 30, İordaniya parlamentinə isə 18 qadın seçilib.

Parlamentlərarası İttifaqın Baş katibi Anders Conson Afrikada inkişafın müşahidə edildiyini deyib. Onun sözlərinə görə, 20 il bundan əvvəl Afrikada qadın parlamentarilərin sayı 10 faizdən aşağı idi. O deyir ki, bu gün bu göstərici artıq 22,5 faizə çatıb.

Sorğuya əsasən, Avropada qadın parlamentarilərin sayının artdığı halda, Asiya-Sakit okeanı regionu bu baxımdan geri qalmağa davam edir. Sorğuda deyilir ki, Avstraliyada parlamentdə qadınlar təmsil olmasa idi, region ölkələrinin partlamentlərində qadınlar yalnız 3,2 faiz təşkil edəcəkdi.

Parlamentlərarası İttifaqın gender proqramının rəhbəri Kareen Cabre Amerikanın Səsinə deyib ki, qadın üzvləri olmayan parlament dünyada təmsil oluna bilmir. Onun sözlərinə əsasən, parlament qadın olmadığı halda effektiv fəaliyyət göstərə bilmir, çünki qanunvericilik orqanı dünya əhalisinin yarısının reallqıları və prioritetlərindən xəbərsiz şəkildə işləyir. “Biz üç, dörd il bundan əvvəl parlament üzvləri arasında sorğu keçirmişik və onlardan qadının parlamentə nə gətirdiyini soruşmuşuq. Parlament üzvlərinin dediyi birinci şey odurd ki, onlar parlamentdə müzakirə etdiyimiz prioritetləri dəyişir və yeni prioritetlər gətirir. Bunlardan biri qadınlara qarşı zorakılıqların qarşısının alınmasıdır, xüsusilə də məişət zəminində zorakılıqların və bu da təbii ki qadınları kişilərdən daha çox narahat edir. Masa ətrafında yalnız kişilər toplansa, o zaman qadınların da iştirak etdiyi kimi məsələlərin həllinə nail olmaq çətindir”-deyə o bildirib.

Parlamentlərarası İttifaqının sorğusunun nəticələrinə görə keçən il qadınlar siyasi zorakılqıların daha çox hədəfi olub. Sorğuda deyilir ki, qorxutma, hədələr, fiziki təzyiq və təcavüzün başqa formalarının daxil olduğu seçki zorakılığı halları qadınları siyasətdən uzaqlaşdırmağın yollarından biridir.
XS
SM
MD
LG