Accessibility links

Braziliya polisi San-Paulu şəhərində tətil edən metro işçilərini dəstəkləyən nümayişlərə qarşı göz yaşardıcı qazdan istifadə edib. Tətil futbol üzrə Dünya Çempionatının açılışına üç gün qalmış ölkənin ən böyük şəhərinin nəqliyyat sistemini iflic edib.

Tətil 4 ildən keçirilən Dünya Çempionatının cümə axşamı Braziliyada baş tutacaq açılışınadək davam edə bilər. Həmin gün açılış matçında Braziliya yığması Xorvatiya millisi ilə qarşılaşacaq. Oyun San-Paulunun mərkəzindən 20 kilometr aralıdakı stationda olacaq.

Təxminən 150-ə yaxın tətilçi və onları dəstəkləyən nümayişçi mərkəzi küçələrin birində zibil yeşiklərini yandırıb. Polis onları dağıtmaq üçün göz yaşardıcı qazdan istifadə edib.

Nümayişçilər "Kubok olmayacaq, tətil olacaq!" şüarı səsləndiriblər.

Əmək haqlarında 12 faizlik artım tələb edən metro işçiləri hökumətin təklif etdiyi 8.7 faizlik artımla razılaşmır.
XS
SM
MD
LG