Accessibility links

Dünya futbol çempionatı - braziliyalıların gözləntiləri və ümidləri [Video]


Dünya futbol kuboku uğrunda çempionatın keçirildiyi Braziliya bütün dünyada futbol həvəskarlarının diqqət mərkəzindədir. Lakin braziliyalılar milli komandalarının qələbəsinə inansalar da, futbol çempionatının ölkəyə uzun müddətli sevinc gətirəcəyinə az ümid bəsləyir.

Vila İsabel bazarı Marakana stadiounu yaxınlığında fəhlə sinfinin yaşadığı məhəllədə yerləşir. Bazara gələn müştərilər əlverişli qiymətə mallar axtarır. Amma qiymətlər getdikcə artır.

Bu məhəllə futbola xüsusi rəğbəti ilə tanınır.

“Əvvəllər küçələri bəzəmək üçün yarışırdılar. Bu küçə hər dəfə udurdu. Küçədə o qədər adam yığışırdı ki, keçmək mümkün olmurdu,” deyə satıcı Luiz Henrike bildirir.

Onun sözlərinə görə, indi adamların artıq bunu etməyə pulu yoxdur.
Bu pul bir neçə yerə ayrılmalı idi. Bir az dünya çempionatına, bir az məktəblərə, bir qədər da xəstəxanalara. Belə etmək lazım idi, amma başqa cür edildi.
Vera Lusiya Qatti məktəb müəllidir. Onun sözlərinə görə, çoxları hökumətin xəstəxanalar və məktəblərin təmiri əvəzinə stadionların inşasına milyardlarla dollar vəsait xərcləməsini qəzəblə qarşılayır: “Bu pul bir neçə yerə ayrılmalı idi. Bir az dünya çempionatına, bir az məktəblərə, bir qədər da xəstəxanalara. Belə etmək lazım idi, amma başqa cür edildi.”

Braziliyalıların bir hissəsi dünya çempionatının əleyhinə çıxış edərək, oyunları boykot edəcəklərini deyib. Nəqliyyat işçiləri də 800 min xarici turustin ziyarət edəcəyi gözlənilən futbol turnirinə mane olacaqları ilə hədələyib.

Bəziləri inanır ki, Braziliyanın dünyanın diqqət mərkəzində olması ölkədə dəyişikliklərə yol açacaq. Lakin Henriqe buna şübhə edir: “Ölkədə rüşvətxor adamın sayı o qədər çoxdur ki, heç kəsə inana bilmirsən, siyasətdə ən təmiz adamı belə almaq istəyirlər. Belə bir ölkədə qanun ola bilməz. Mənim fikrimcə, heç bir çıxış yolu yoxdur.”

Vera Lusiya Qatti isə deyir ki, Braziliyanın liderləri dəyişməlidir: “Dünya kubokunda Braziliya qələbə çalsa, əla olar. Bu, hamı üçün xoşbəxtlikdir. Təbii ki mənim üçün də. Amma hökumətdə olanlar dəyişməsə və sərvəti bərabər bölüşdürməsələr, onda heç bir şey həll olmayacaq."

Demək olar hamı Braziliyanın dünya çempionu olacağına inanır. Amma dünya çempionatının Braziliyaya qısa müddətli sevincdən artıq nəsə gətirə biləcəyinə ümidlər çox deyil.
XS
SM
MD
LG