Accessibility links

Braziliya Dünya Kuboku çempionatını açılışını edir. Birinci oyunda çoxları Braziliya komandasının qalib gələcəyini ehtimal edir.

Hökumət Braziliyanın 12 şəhərində bina və stadionların təmiri də daxil olmaqla, bir ay davam edəcək bu mərasimin təşkilinə 11.5 milyard dollar xərcləyib.

Rio-De-Janeyroda şəhərin mərkəzinə toplaşan yüzlərlə insan vəsaitin digər sahələrə xərclənilməli olduğunu deyərək yürüş keçirib.

Çempionat Sao Paulo şəhərində Braziliya ilə Xorvatiya arasında keçiriləcək oyunla başlanacaq.

Ev sahibi altıncı dünya çempionu titulunu və 2002-ci ildən bəri ilk Dünya Kubokunu qazanmaq uğrunda mübarizə aparır.

Dünya Kuboku uğrunda mübarizədə qalib gələcəyi ehtimal edilən digər komandalar Argentina, İspaniya və Almaniyadır.
XS
SM
MD
LG