Accessibility links

D18 Hərəkatı Xədicə İsmayıl və digər siyasi məhbuslara azadlıq tələb edib


Mayın 20-də D18 Hərəkatı Türkiyə təmsilçiliyi Ankarada Azərbaycan səfirliyi önündə mətbuat konfransı keçirməyə cəhd edib.

D18 Hərəkatının lidero Ruslan İzzətli Amerikanın Səsinə bildirib ki, səfirliyin işçiləri və mühafizə xidməti konfransın keçirilməsinə icazə verməyib.

“Amma Hərəkat səfirliyin basqısına və maneələrinə baxmayaraq səfirlikdən bir az aralıda da olsa konfransı keçirməyə müvəffəq oldu”.

Hərəkatın başqanı Ruslan İzzətli bildirib ki, Azərbaycanda 100-ə yaxın siyasi məhbus var. Siyasi məhbuslar arasında gənclər öncüllük təşkil edir.

“Siyasi məhbusların siyahısında siyasi partiya təmsilçilərinin, jurnalistlərin, gənclərin və inanclı kəsimin nümayəndələrini görə bilərsiniz. Bu insanların tək bir gunahı var, o da fərqli düşünnmələridir. Bu düşüncələrinə görə də hakimiyyət onları həbs edib. Həbs edilənlərin içərisində jurnalist Xədicə İsmayıl da var”.

İzzətli deyib ki, mayın 27-i Xədicə İsmayılın ad günüdür.

“Bununla əlaqədar dünyanın 40 şəhərində aksiyalar keçiriləcək. Hərəkatımızın Ankara təmsilçiliyi də Bakı səfirliyinin önündə mətbuat konfransı keçirtmək istədi. Ancaq təəssüflər olsun ki, səfirlik buna imkan vermədi. Amma bütün maneələrə baxmayaraq biz Türkiyə xalqına, Türkiyə siyasi partiyalarına və mətbuatına səsləndik və Azərbaycandakı demokratiya mübarizəsinə dəstək olmalarını istədik”, o qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG