Accessibility links

D-Day-İkinci Dünya Müharibəsi zamanı desant çıxarma əməliyyatının 70-ci ildönümü


İyun ayının 6-sı İkinci Dünya Müharibəsi zamanı desant çıxarma əməliyyatının 70-ci ildönümü tamam olur. Müharibə tarixində dönüş nöqtəsi olan bu əməliyyat ABŞ və Britaniya tərəfindən təşkil edilmişdi.

ABŞ prezidenti Nasist Almaniyasını məğlub edən müharibə veteranları qarşısındakı çıxışı zamanı deyib ki, biz azadlığın müdafiəsi naminə çox itkilər vermişik.

Fransanın Normandiya sahilindəki Omahada danışan Barak Obama o anı maksimum xətərli an adlandırıb. ABŞ dövlət başçısı bəşəriyyət tarixində böyük məna kəsb edən D-Day veteranlarına təşəkkürünü bildirib.

70 il əvvəl müttəfiq qüvvələrin təqribən 160 min nəfərlik paraşütisti Normandiya sahillərinə enmişdi. 4500 adam həlak olmuşdu.

Bu gün D-day münasibəti ilə təşkil edilən tədbirdə 18 ölkənin dövlət başçıları iştirak edir.

Tədbiri açıq elan edən Fransa prezidenti Fransua Olland əsgərlərin canlarından keçməsinin dünyanı dəyişdiyini bildirib.
XS
SM
MD
LG