Accessibility links

3D-Mammoqramma: Mükəmməl diaqnostik üsul [Video]


Mammoqrafiyanın qadınlarda döş xərçənginin araşdırılmasında böyük rolu var. Lakin bəzi hallarda bu üsulla xərçəngin bəzi ağır növlərini aşkarlamaq mümkün olmur. Çox hallarda isə qadınlar lazımsız biopsiyaya məruz qalır.

Zulima Palaçio döşündə xərçəng olduğunu öyrəndikdə xəstəlik artıq inkişaf etmişdi. "Bir ay əvvəl mammoqrammadan keçdim. Cavabı normal idi."

Palaçio hazırda xərçəngdən müalicə edilib. Onun döşündəki şişlər adi mammoqrafiya üsulu ilə aşkar edilməyib.

Nigar Gulesorxi kimi həkimlər 2 demensiyalı mammoqrammanın effektivliyinə inanmır. "Bərk toxumalarda xərçəng mammoqrammasına baxmaq, qarda şimal ayısı axtarmağa bənzəyir.”

Bir neçə il əvvəl Amerikanın Ərzaq və Dərman Administrasiyası 3 dimensiyalı mammoqrammanın tətbiqini təsdiq edib.

Cennifer Heftin şişi bu vasitə ilə aşkanlanıb: “Çox kiçik bir şiş idi. 8 millimertlik şiş hiss olunmurdu.”

Dr. Sara Fridavald İllinoiz ştatının Lüteran xəstxanasında aparılan tədqiqata rəhbərlik edib. Tədqiqiat 2 ilə 3 demensiyalı mammoqrafiyaların fərqi ilə bağlıdır. “Biz öldürücü xərçəngləri 3 demensiyalı mammoqramma yolu ilə daha tez aşkar olunduğunu müəyyən etdik. Eyni zamanda daha az qadın lazımsız testlərə müracət edib.”

2 ilə 3 demensiyalı mammoqrafiyaların fərqinə baxaq. “Döşün yuxarı hissəsindəki şiş 2 demensiyalıda aydın görünmür, 3 demensiyalıda isə bunu rahatlıqla görmək olur."

Tədqiqatların nəticələri olduqca böyükdür. 3-D mammoqrafiyası nadir xərçəngin aşkarlanmasına 30, aqressif formalarının isə 40 faizinin aşkanlamasına yardım edir.

Dr. Fredawald bütün qadınların 3 demensiyalı mammoqrammadan bəhrələnməsini məsləhət görür. O, bir zaman 2 demensiyalı mammoqrafiyanın tamamilə istifadədən çıxarılacağına inanır.

XS
SM
MD
LG