Accessibility links

D vitamininin sağlamlığa faydaları [Video]


D vitamininin sağlamlığa faydaları
please wait

No media source currently available

0:00 0:01:20 0:00

D vitamininin sağlamlığa faydaları

D vitamini insan bədənini kalsium, dəmir, maqnezium, fosfat və sinklə təmin edir və buna görə də bədənimizdə çox sayda D vitamin olmalıdır. İnsanlar bu vitaminin çoxunu günəşə məruz qaldıqlarına alır. Amma qışda, vaxtımızı çox hissəsini işəridə keçiridyimiz üçün, D vitaminini yemək və ya əlavə vitamin dərmanları vasitəsilə qəbul etməliyik. Yeni araşdırma nəticələri D vitaminin sağlamlığımız üçün düşündüyümüzdən daha böyük rol oynadığını göstərir. Tədqiqatçıların isə insanlara bununla bağlı məsləhətləri var.

Una bir az D vitamini qatmaq, qulağa çox asan gəlir.

Amma Con Taunşed bundan o qədər də əmin deyil.

“Fikrimcə çörəyə heç nə qatılmamalıdır. Məncə çörəyin içində sadəcə un, su və duz olmalıdır. Onların bunu niyə etmək istədiklərini anlayıram, amma bu, köhnə üsuldur,” deyə o bildirir.

Lakin Londonda yerləşən Kraliça Meri Universitetinin tədqiqatçıları deyir ki, vitaminlə zənginləşdirilən çörək gündəlik vitamin dozasını almağın asan yoludur.

Onların araşdırma nəticələri göstəriri ki, D vitamini insanı sağlam tutmaqdan daha çox iş görür. Bu vitamin həmçinin insanın xəstələnməsinin də qarşısını alır.

“Ən əsas olaraq, biz D vitamini ilə ümumi əhalidə öskürək, soyuqdəymə və qrip kimi kəskin respirator-virus infeksiyaları riskində 10 faiz azalma aşkar etdik. Lakin ən az D vitamini səviyyələri olan insanlarda 50 faiz azalma müşahidə etdik, yəni daha öncə çox az sayda D vitamini olan insanlar əlavə D vitamini qəbul edəndə, onlarda öskürək, soyuqdəymə və qrip riski 50 faiz azalır,” Kraliça Meri Universitetindən Adrian Martino deyir.

Tədqiqat nəticələri həmçinin aşağı D vitamini səviyyələri ilə depressiya arasında bir əlaqənin olduğunu göstərir. Bu isə o deməkdir ki, bu vitamini yemək, dərman və ya günəşdən qəbul etmək sağlam həyat tərzi üçün çox zəruridir.

XS
SM
MD
LG