Accessibility links

D18 Hərəkatı ofisindən çıxarılıb


D18 Hərəkatı
D18 Hərəkatı

İyunun 15-də D18 Hərəkatı ofisindən çıxarılıb. Bu barədə Amerikanın Səsinə D18 Hərəkatının başqan müavini Samirə Ağayeva bildirib.

“Bakının Nərimanov rayonu ərazisində, Nərimanov metro stansiyasının yaxınlığında, Nazim Hacıyev küçəsi 17a ünvanında ofis kirayələmişdik. Sənədlərimiz tam qaydasındadır. Lakin iyunun 14-də dörd polis əməkdaşı ofisimizə gəldi, iyunun 15-də isə mülkiyyətin sahibi “mənə problem yaranacaq, iki saat müddətində ofisi boşaldın” dedi. O, hətta bizim üçün avtomobil də kirayələdi ki, ofisi tez boşaldaq”, o qeyd edib.

D18 Hərəkatı ofisdən çıxarılmasının siyasi motivli olduğunu bəyan edib.

Hərəkat iyunun 18-də "İlin avtoritar rektoru" sualı ilə tələbələr arasında keçirdiyi sorğunun nəticələrini elan edəcəkdi.

D18 bundan öncə Xədicə İsmayılın, Nadejda Savçenkonun azadlığa buraxılması, Respublika Günü münasibəti ilə aksiyalar keçirib.

Rəsmi qurumlar hərəkatın ofisdən çıxarılmasına hələ münasibət bidiriməyib.

XS
SM
MD
LG