Accessibility links

Dağ Yəhudiləri İcmasının rəhbərinin evini talayanlar tutulub (Yenilənib)


Qırmızıkənd qəsəbəsi (Krasnaya Sloboda)

Qırmızıkənd qəsəbəsi (Krasnaya Sloboda)

Dekabrın 6-da saat 6 radələrində üzlərinə maska taxmış 3 naməlum şəxs qanunsuz yolla Quba rayonunun Qırmızı Sloboda qəsəbəsində yaşayan Dağ Yəhudiləri İcmasının rəhbəri Boris Simanduyevin evinə daxil olaraq onu və bacısı Lizanı soyuq silahla hədələyib müxtəlif dərəcəli bədən xəsarətlər yetirib, mənzildən külli miqdarda pul və qızıl-zinət əşyaları götürərək hadisə yerini tərk edib. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumçatında deyilir.

Faktla bağlı Quba Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 181.3.2-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanıb.

Mətbuat xidməti bildirir ki, hadisəni törədənlər -Eldar Avadyayev, Xalid Seyidov, Türkanə Rəhimova, Turac Vəliyev və Əfqan İbrahimov polis tərəfindən tutulub. Evdən aparılmış pul və qızıl-zinət əşyaları maddi sübut kimi götürülərək istintaq təhvil verilib.

Faktla bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir.

***

“Quba rayonunda (Bakıdan 167 kilometr şimal) yəhudilərin yaşadığı Qırmızıkənd qəsəbəsində Dağ Yəhudiləri dini icmasının rəhbəri Boris Sumanduyevin evinə basqınla bağlı təhqiqat davam edir, hələ saxlanılan yoxdur”. Bnu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Turan agentliyinə bildirib.

Komitə sədri hadisənin kriminal olduğunu deyib.

İlkin məlumata görə basqın edən şəxslər evdən qızıl, zinət əşyaları aparıb.

Basqın üçün dini icma rəhbərinin evinin seçilməsinin təsadüf olub-olmamasına gəlincə, M.Qurbanlı bunu hüquq-mühafizə oqranlarının təhqiqatlarının müəyyən edəcəyini vurğulayıb.

“Basqın edənlər maskalı olub, öz aralarında Qırmızıkənd yəhudilərinin danışdığı ləhcədə danışırmışlar”, - komitə sədri bildirib.

Quba rayon Polis Şöbəsindən Amerikanın Səsinə cinayət hadisəsinin motivi barədə açıqlama verilməyib, amma faktla bağlı araşdırmanın davam etdiyini deyiblər.

“Təəssüf ki, dini icma rəhbərinə qarşı belə bir hadisə törənib, bunu qəti şəkildə pisləyirəm və ümid edirəm ki, ölkənin hüquq-mühafizə orqanları bu cinayətin üstünü açaraq, onun səbəblərini üzə çıxaracaq”, - Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə baş verən hadisəyə münasibət bildirib.

Xatırladaq ki, dekabrın B.Simanduyevin evinə bir qrup maskalı şəxs hücum edib. Evdə olan B.Simanduyev və bacısı fiziki zorakılığa məruz qalıb. Basqınçılar B.Sumanduyevin bacısına bıçaq xəsarəti yetiriblər. O, Qubada xəstəxanaya yerləşdirilib.

XS
SM
MD
LG