Accessibility links

Almaniyadakı Daxau əsir düşərgəsindən oğurlanan darvaza geri gətirilib


Üzərində “İş Səni Azad Edəcək” yazısı yazılan dəmir darvaza iki il bundan öncə oğurlandığı Almaniyada yerləşən Daxau nasist əsir düşərgəsinə geri qaytarılıb.

Darvaza dekabr ayında Norveçin Bergen şəhərində bir avtobomil dayanacağında tapılıb.

Rəsmilər darvaza oğurlanandan sonra onu kopyası ilə əvəz etmişdilər.

Daxau nasistlərin Adolf Hitler 1933-cü ildə hakimiyyətə gələndən sonra saldıqları ilk əsir düşərgəsi olub. Düşərgə qurbanları yəhudilər, eləcə də nasistlərə qarşı çıxan insanlar olub.

İkinci Dünya Müharibəsinin son günlərində ABŞ qoşunları düşərgəni azad etmədən öncə Daxauda 41 mindən çox insan öldürülüb.

Almaniya kansleri Angela Merkel darvazanın oğurlanmasını “dəhşətli” cinayət adlandırıb. Digərləri isə bunu düşərgədə əsir tutulan və öldürülən 200 min Holokost qurbanlarının xatirəsinə hörmətsizlik kimi qiymətləndirib.

Oğurluqla bağlı istintaq hələ də davam edir.

XS
SM
MD
LG