Accessibility links

Rusiya təhlükəsizlik qüvvələri Şimali Qafqazda islamçı üsyançıların liderini qətlə yetirib. Bu haqda məlumatı Rusiya Milli Anti-Terror Komitəsi verib.

Komitənin bildirdiyinə görə, Qafqaz əmirliyi qrupunun “əmiri” titulunu daşıyan Aliashab Kebekov bazar günü Buynaksk şəhəri yaxınlığında keçirilmiş əməliyyat zamanı daha dörd üsyançı ilə birlikdə qətlə yetirilib.

Rusiya mətbuatında yaraqlıların yerləşdiyi evin partladıldığı göstərilən video görüntülər nümayiş etdirilib.

Yaraqlıların vebsaytı Kafkaz Center Kebekovun öldüyünü təsdiq edərək, onun Rusiya təhlükəsizlik qüvvələri ilə “qeyri-bərabər döyüşdə şəhid olduğu”nu bildirib.

Əslən dağıstanlı olan Kebekov Qafqaz əmirliyinin ali dini rəhbəri kimi “qazi” titulunu daşıyırdı. O, 2014-cü ildə “Qafqaz əmirliyi”nin təsisçisi olan çeçen yaraqlısı Doku Umarovun qətlindən sonra qrupun rəhbəri olmuşdu.

“Qafqaz əmirliyi” Şimali Qafqazda Rusiyanın hakimiyyətini sona çatdırmaq və regionda İslam dövləti yaratmağa çalışır.

XS
SM
MD
LG