Accessibility links

Dağıstanda qadın intiharçı hücumu həyata keçirib


Rusiyanın Dağıstan Respublikasında qadın intiharçı üzərindəki bombanı partladaraq 12 nəfərin yaralanmasına səbəb olub.

Polis deyir ki, intiharçı bombanı Dağıstan paytaxtı Mahaçqalanın mərkəzi meydanında işə salıb. Yaralıların ikisinin vəziyyəti kritikdir.

Polisin məlumatına görə 25 yaşlı Mədinə Əliyeva öldürülmüş iki islamçının xanımı olub. Ehtimal olunur ki, islamçı yaraqlılar öldürülən döyüşçülərin dul qalmış xanımlarına məsləhət görür ki, onlar intiharçı hücumu həyata keçirməklə həyat yoldaşlarına qovuşa bilərlər. Belə intiharçılar "Qara dullar" adlandırılır.

Xatırladaq ki, bu həftə Mahaçqalada həyata keçirilən bomba hücumları nəticəsində 4 nəfər ölüb, 40-dan çox insan yaralanıb.
XS
SM
MD
LG