Accessibility links

Sidar Global Advisors məsləhət şirkətinin təhlilçisi İqor Dançenkonun fikrincə, gərginlik hər hansı bir gün baş verə bilərdi. “Bu, dondurulmuş münaqişədir. Heç kəs sonra nəyin baş verəcəyini bilmir”-deyə o bildirib. İqor Dançenkonun sözlərinə görə, yeni qanlı toqquşmaların baş verməsi mümkündür:”Hər şey Donbas ssenarisi üzrə gedə bilər.”

Vaşinqtonda Atlantik Şuranın (Atlantic Council) elmi işçisi Brenda Şaffer hesab edir ki, atəşkəs müvəqqəti xarakter daşıya bilər. “Münaqişədə son gərginlik status kvo vəziyyətinin Azərbaycanın xeyrinə dəyişməsinə gətirib çıxarıb və Bakı bu uğuru möhkəmlədə bilsə, Yerevan revanş götürməyə çalışacaq. Elə Moskva da Cənubi Qafqazda təsir aləti kimi istifadə etdiyi münaqişənin davam etməsində maraqlıqldır”-deyə o bildirib.

Zorakılıqların Ermənistan və Azərbaycan prezidentlərinin Vaşinqtonda münaqişənin həlli ilə bağlı Dövlət katibi Kerri ilə danışıqlar apardıqları səfərləri əsnasında baş verməsi Amerikanın regionda hadisələrin inkişafına təsir imkanlarının nə dərəcədə məhdud olduğunu göstərir.”-Brenda Şaffer

Brenda Şaffer daha sonra qeyd edib: ”ABŞ-ın münaqişənin nizamlanması səylərinə baxmayaraq, zorakılıqların Ermənistan və Azərbaycan prezidentlərinin Vaşinqtonda münaqişənin həlli ilə bağlı Dövlət katibi Kerri ilə danışıqlar apardıqları səfəri əsnasında baş verməsi Amerikanın regionda hadisələrin inkişafına təsir imkanlarının nə dərəcədə məhdud olduğunu göstərir.”

İqor Dançenko hesab edir ki, hazırkı gərginliyin əsas səbəbi daxili faktorlarla bağlıdır. “Nə Vaşinqton, nə Ankara, nə də Moskvanın buna heç bir aidiyyatı yoxdur. Vaşinqtondakı sammitin buna təsiri olmayıb. Doğrudur, Türkiyə prezidenti Ərdoğan Bakıda avtoritar rejimə qayğı göstərir. Rusiya isə bildirir ki, onu yaxın qonşuları və tərəfdaşları ilə küsdürmək istəyirlər. Lakin Qarabağ münaqişəsi 20-ci əsrin əvvəllərində də, Rusiya inqilabı dövrü də, SSRİ-nibn dağılmasından sonra da qızışırdı. Son zamanlar biz gərginliyin artmasının şahidi olmuşuq, tərəflər silahlanır, daha aqressiv ton səslənirdi.”

İqor Dançenko daha sonra bildirib: ”Təsbit olmuş avtoritar rejimlərdə bu siyasi məkandan istifadə etmək istəyən, münaqişədə iştirak etmək istəyən adamlar var. İndi hər şey bir-birinə uyğundur.”

“Nə Vaşinqton, nə Ankara, nə də Moskvanın buna heç bir aidiyyatı yoxdur. Vaşinqtondakı sammitin buna təsiri olmayıb. Doğrudur, Türkiyə prezidenti Ərdoğan Bakıda avtoritar rejimə qayğı göstərir. Rusiya isə bildirir ki, onu yaxın qonşuları və tərəfdaşları ilə küsdürmək istəyirlər."-İqor Dançenko

Amerika Xarici Siyasət Şurasının (American Foregin Policy Council) baş elmi işçisi Veyn Merri münaqişədə gərginliyin artmasının Dağlıq Qarabağın statusunun qeyri-müəyyən olması iə bağlı olduğunu deyərək, Azərbaycanın vəziyyətlə bağlı narahatlıqlarını vurğulayır. O, eyni zamanda neft qiymətlərinin düşməsi və bunun nəticəsi olaraq qeyri-sabitlik və qonşularla münasibətlərdə çətinliklər kimi iqtisadi faktorların da əhəmiyyətini qeyd edir.

“Münaqişə ən çox Azərbaycana lazımdır. Azərbaycan prezidentli ola bilsin müharibədə zəfər istəyir. Azərbaycanda əhalinin narazılığı, qiymətlərin qalxması və milli valyutanın dəyərini itirməsi kim hallar var. Millətçilikdən istifadə etmək lazımdır”-deyə İqor Dançenko bildirir.

Beynəlxalq ictimaiyyət tərəfləri danışıqlar prosesini davam etdirməyə çağırır.

İqor Dançenko Minsk qrupu çərçivəsində sülh prosesinin davam etdirilməsinin vacibliyini qeyd edir. “Ermənistan və Azərbaycan kifayət qədər güclü ölkələrdir. Müəyyən mənada paritet yaranıb. Hərbi həll yolu yoxdur.”

Ekspertin sözlərinə görə, münaqişə BMT səviyyəsində qərar qəbul edilənə qədər dondurulmuş münaqişə olaraq qalacaq.

Rusiya faktoru

Brenda Şaffer baş verən hadisələri nmahiyyət etibarilə fərqli qiymətləndirilməli olduğunu bildirir. O deyir ki, münaqişənin təbiətinin əvvəlki kimi qəbul edilməsindən imtina edilməlidir. Belə ki hazırda burada söhbət geo-siyasi maraqlardan gedir.

“Əlbəttə, etnik və dini faktorlardan insanların səfərbər edilməsi üçün istifadə edilə bilər. Lakin yüz mindən az əhalisi olan kiçik bir ərazi genişmiqyaslı hərbi qarşıdurma bölgəsinə çevrilib. Çünki bu ərazi əslində Rusiya ilə NATO-nun sərhəd xəttində və bundan daha vacib əsas ticarət və enerji resurslarının nəqliyyat yollarına yaxın yerdə yerləşir”-deyə o bildirib.

“Münaqişədə son gərginlik status kvo vəziyyətinin Azərbaycanın xeyrinə dəyişməsinə gətirib çıxarıb və Bakı bu uğuru möhkəmlədə bilsə, Yerevan revanş götürməyə çalışacaq. Elə Moskva da Cənubi Qafqazda təsir aləti kimi istifadə etdiyi münaqişənin davam etməsində maraqlıqldır”-Brenda Şaffer

Brenda Şaffer Rusiyanın Qarabağ problemində əsas rolunu bununla izah edir. “Moskvanın həm münaqişənin qızışdırılması və vaxtaşırı toqquşmaların bərpası, eləcə də konfliktin həllində rolunu başa düşmək lazımdır. Rusiyanın Birləşmiş Ştatlar və NATO-dan hərbi-strateji baxımdan geri qalmasına baxmayaraq, bəzi münaqişə zonalarında onun müəyyən vəziyyətlərdə gücü olduqca böyükdür. Biz bunu Ukraynada, Gürcüstanda və Suriyada görürük. Buna görə də Cənubi Qafqaz ölkələrinin liderlərinin baxışları nə qədər fərqli olsa da, münaqişənin əhatəli həllinin Moskvanın maraqlarının nədən ibarət olduğunu başa düşmədən təsəvvür etmək mümkün deyil. Bu, maraqlar onun iki cənub qonşusunun həssas vəziyyətdə qalmasından aldığı faydalardan daha ciddidir.”

Təhlilçi həmçinin bildirir ki, Rusiyanın maraqlarının ciddi təhlili ABŞ-ın Rusiya ilə bağlı siyasətinin müəyyən edilməsində də nəzərə alınmalıdır. “Amerika rəsmiləri bəzən bildirirlər ki, ABŞ Rusiya ilə münasibətləri müxtəlif regionlarda fərqli şəkildə qurur. Məsələn, Ukraynada və Suriyada bir-birindən tamamilə fərqli problemlərdən söhbət gedir. Moskva isə başqa cür hərəkər edir. Rusiya potensial təzyiq mexanimzlərini qlobal miqyasda tətbiq edir: onun bir regionda siyasəti o biri regionda siyasətini müəyyən edir. Əgər ABŞ münaqişənin həlli yollarını tapmaq istəyirsə, onlar Rusiyanın buna yanaşmasının mahiyyətini başa düşməlidir.”

“Moskvanın həm münaqişənin qızışdırılması və vaxtaşırı toqquşmaların bərpası, eləcə də konfliktin həllində rolunu başa düşmək lazımdır."-Brenda Şaffer

Brenda Şafferin fikrincə, bunu həm də ona görə etmək lazımdır ki, münaqişənin genişlənməsi təhlükəsi mövcuddur və bunun nəticəsində onun Cənubi Qafqaz regionundan kənarlarında - Türkiyə, Rusiya və İran arasında daha geniş bölgəyə mümkün təsirləri ola bilər.

Təhlilçi bildirir ki, Qarabağ münaqişəsində gərginlik bu ölkələrə təsirini göstərə bilər və o zaman onlar öz maraqlarından çıxış edərək hərəkət etməyə başlayacaq. Hadisələrin hansı istiqamət alacağını isə bu ölkələrin hansı addımlar atmasından sonra müəyyən etmək mümkün ola bilər.

XS
SM
MD
LG