Accessibility links

Yanvarda hərbi xidmətə çağırılan əsgər vəfat edib


Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsgəri, 2013-cü ilin yanvar ayında Gəncədən hərbi xidmətə çağırılmış Emin Quliyev ona təhkim edilən avtomat silahdan açılan atəş nəticəsində vəfat edib.

Hadisə aprelin 20-nə keçən gecə saat 00.35 radələrində baş verib. E.Quliyev 1994-cü ildə anadan olub, amma hərbi xidməti hansı bölgədə çəkdiyi açqılanmır.

Fakt üzrə cinayət işi başlanıb.

2013-cü ildə Azərbaycanın təhlükəsizlik və müdafiə sektorunun itkiləri 28 nəfər təşkil edib. Ötən müddətdə 31 nəfər yaralanıb (və ya xəsarət alıb). Müvafiq dövrdə dünyasını dəyişənlərin 5-i döyüş, 22-i isə qeyri-döyüş itkiləridir.

XS
SM
MD
LG