Accessibility links

Daha bir Respublikaçı senator namizədliyini irəli sürüb


ABŞ-da başqa bir respublikaçı senator Lindsey Qraham 2016-cı il prezident seçkilərində namizədliyini irəli sürdüyünü açıqlayıb.

Prezident Barak Obamanın Yaxın Şərq münaqişəsinə və İslam Dövləti yaraqlılarının genişlənməsinə dair siyasətinin sərt tənqidçisi olan cənab Qraham partiyadan nominasiya əldə etməyə çalışan respublikaçı namizədlər sırasına qoşulub. Digər üç respublikaçı senator - Floridadan Marko Rubio, Texasdan Ted Kruz və Kentukidən Rand Pol da namizədliklərini açıqlayıblar.

Qraham deyib ki, əvvəlcə namizədliyi irəli sürdüyünü rəsmən iyun ayının 1-də öz ştatında elan etməyini planlaşdırsa da, daha tez açıqlamağının
səbəbini belə izah edib: "Namizədliyimi irəli sürürəm, çünki məncə dünya dağılır. Mən xarici siyasətdə fikirlərimin böyük əksəriyyəti düzgün olub".

XS
SM
MD
LG