Accessibility links

Bu gün terror hücumlarının təşkilində şübhəli bilinən daha bir Belçika vətəndaşına ittiham irəli sürülüb.

Fransa və Belçika rəsmiləri sübhəlini iki gün öncə ələ keçirmişdi. Adı Y.A. kimi göstərilən şübhəlinin 30 yaşlarında olduğu bildirilir.

Prokurorlar deyir ki, o, keçən həftə Paris həbs edilən Reda Kriket işi ilə əlaqədar saxlanışıb. Hər iki şəxsin Avropada hücumlar həyata keçirməyi planlaşdırdığı iddia edilir.

Hücumlar üçün spesifik məkanlar müəyyən edilməsə də rəsmilər deyir ki, Kriketin evindən silah-sursat aşkar edilib.

Ekstradisiya həyata keçə bilər

Dünən isə Belçika prokurorları bildirib ki, noyabr ayında Parisdə həyata keçirilən terror hücumunun baş təşkilatçısı qismində saxlanan şübhəli Fransaya ekstradisiya oluna bilər.

Fransa Ədliyyə Naziri Jan-Jak Urvoas deyib ki, onlar Salahın 10 gün ərzində Fransaya təhvil veriləcəyini ehtimal edir.

Abdeslamın vəkili Sedrik Moys isə müttəhimin ekstradisiyaya razılıq verdiyini deyib.

XS
SM
MD
LG