Accessibility links

Dünya Azərbaycanlıları Konqresinin qurultayı keçirilib [Fotoqalereya]


DAK-ın qurultayı

DAK-ın qurultayı

Qurultaya dünyanın bir çox ölkələrindən, xüsusilə ABŞ, Avstraliya, Almaniya, İsveçrə, Türkiyə, Rusiya, Almaniya, Ukrayna, Gürcüstan, Polşa, Çexiya, İraq, Şimali Kipr Türk Respublikası da daxil olmaqla nümayəndələr seçilib. Qurultayda Türkiyənin hakim elitasının - AKP-nin, aparıcı müxalifət partiyalarının - CHP, MHP, BBP-nin rəsmiləri, Türkiyə Böyük Millət Məclisinin (TBMM) deputatları, ülkü ocaqlarının, bu ölkədə və dünyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının, Güney Azərbaycan qurumlarının təmsilçiləri,Azərbaycanda fəaliyyət göstərən bir sıra müxalifət partiyalarının sədrləri, QHT rəhbərləri, tanınmış ictimai-siyasi xadimlər, alimlər, ziyalılar iştirak edir.

Qurultay Türk Dünyasının çeşidli bölgələrində şəhid olmuş insanların xatirəsinin bir dəqiqəlik sükutla anılması və hər iki qardaş ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə açıq élan olunub.

DAK həmsədri Sabir Rüstəmxanlı qurultaya hesabat verib. O qarşıda duran əsas vəzifələrdən biri kimi Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması üçün səylərin artırılması olduğunu deyib.

Cənab Rüstəmxanlı milli-mənəvi dəyərlərin müdafiəsi üçün aparılan işləri önə çəkib. Bu yolda çoxsaylı milli fəalların həbsini pisləyib.

Rüstəmxanlı Roma papasının “soyqırım” işlətməsini də kəskin tənqid edib və Xocalı soyqırımından danışıb.

Sabir Rüstəmxanlı və Firudin Pərvizniya qurumun növbəti müddətə yenidən həmsədri seçilib. Bundan əlavə, qurultayda 21 nəfər DAK İdarə Heyətinin və 5 nəfər NTK-nın üzvü seçilib.

Eyni zamanda, Türkiyədəki Azərbaycan Kültür Dərnəyinin başqanı Cəmil Ünal DAK Məşvərət Məclisinin sədri seçilib.

XS
SM
MD
LG