Accessibility links

DAK rəhbərləri Amerikada Güney Azərbaycan problemini müzakirə edəcək


Dünya Azərbaycanlıları Konqresi_logo

Dünya Azərbaycanlıları Konqresi_logo

Sabir Rüstəmxanlı və Firudin Pərvizniyanın aprelin 22-də ABŞ-a səfəri başlayıb

Dünya Azərbaycanlıları Konqresinin (DAK ) həmsədrləri Sabir Rüstəmxanlı və Firudin Pərvizniyanın aprelin 22-də ABŞ-a səfəri başlayıb.

DAK mətbuat xidmətinin məlumatına görə, səfər mayın 2-dək davam edəcək.

DAK rəhbərləri səfər çərçivəsində Dövlət Departamentində və Konqresdə ABŞ-Azərbaycan əməkdaşlığı, Qarabağ və Güney Azərbaycan problemini müzakirə edəcək.

DAK həmsədrlərinin aprelin 27-də Nyu-Yorkda keçirilməsi nəzərdə tutulan “Erməni yalanlarına son” aksiyasına qatılmaları qərara alınıb. Aksiyanın təşkilatçısı Amerikada fəaliyyət göstərən diaspor və gənclər təşkilatlarıdır. Aksiyada məqsəd ermənilərin qondarma soyqırımını qeyd etdikləri günlərdə erməni yalanlarına qarşı ictimai rəyi formalaşdırmaq, həqiqətləri Amerika ictimaiyyətinə çatdırmaqdır.

DAK həmsədrləri səfər müddətində bu ölkədə fəaliyyət göstərən ictimai qurum və mətbuat nümayəndələri ilə də silsilə görüşlər keçirməyi nəzərdə tutur. Bu görüşlərdə də əsas müzakirə mövzusu Ermənistanın Azərbaycana təcavüzü, Qarabağın işğalı, Güney Azərbaycanda 35 milyondan artıq Azərbaycan türkünün milli azadlığı uğrunda mübarizəsi müzakirə olunacaq.
XS
SM
MD
LG