Accessibility links

DAK İranda yaşayan azərbaycanlıların hüquqları ilə bağlı dinləmə keçirib


İran azərbaycanlılarının hüquqlarının müdafiəsi ilə bağlı dinləmə
İran azərbaycanlılarının hüquqlarının müdafiəsi ilə bağlı dinləmə

İran hökumətinin azərbaycanlılarla bağlı siyasəti kəskin tənqid edilib

Dünya Azərbaycanlıları Konqresi (DAK) Güney Azərbaycanda ictimai-siyasi duruma dair ictimai dinləmə keçirib.

İranda prezident seçkilərinin nəticələri, Güney Azərbaycan türklərinin insan haqları problemləri, Urmiya gölünün quruması müzakirələrin əsas mövzusu olub.

DAK həmsədri Sabir Rüstəmxanlı İranda prezident seçkilərini sıradan bir seçki adlandırıb.

“Həsən Ruhani Güney Azərbaycan türklərinin həyatında hər-hansı köklü dəyişikliklərə səbəb olacaq siyasət yürütməyəcək. Əksinə İran prezidenti seçkiöncəsi təbliğatında insan haqlarına hörmət edəcəyini desə də, bu söz olaraq qalır”.

Yenə də milli haqlar uğrunda mübarizəyə rəsmi Tehranın həbslər, işgəncələr vasitəsilə cavab verməsinə diqqət çəkilib. Millətin öz haqqı uğrunda mübarizəni davam etdirməsi bəyənilib, lazımi dəstəyi qazanacağı vədi verilib.

Urmiya gölünün taleyinə gəlincə, gölün 75%-i quruyub. Gölün xilası üçün beynəlxalq ekoloji qurumların bu fəlakətə qarşı birgə mübarizəsi lazımdır.

İranda “eni Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) fəaliyyəti müsbət qarşılanıb.

Bu qurumun İran daxilində açıq fəaliyyət göstərəcəyini bəyan edən ilk partiya olduğu qeyd olunub. Partiyanın 5 rəhbər üzvünün həbs edildiyi, hər birinin 9 il müddətinə azadlıqdan məhrum edildiyi xatırladılıb.

Azərbaycan Respublikasının İranda yaşayan azərbaycanlıların hüquqlarını müdafiə etməməsi kəskin tənqid edilib.

Güney Azərbaycan məsələsinin ətraflı araşdırılması üçün Strateji Araşdırmalar Mərkəzi yaradılmasına ehtiyac olduğu xatırladılıb.

Son zamanlar rəsmi Tehranın milli fəallara təzyiqlərinə cavab olaraq İranın Azərbaycan səfirliyi önündə etiraz aksiya keçirilməsi təklifi irəli sürülüb.
XS
SM
MD
LG