Accessibility links

Dünya Azərbaycanlıları Konqresi İraqda görüşlər keçirir


DAK nümayəndə heyəti İraqın gələcəyi konfransında

DAK nümayəndə heyəti İraqın gələcəyi konfransında

DAK nümayəndə heyəti İraqın gələcəyi konfransında iştirak edir

Dünya Azərbaycanlıları Konqresinin (DAK) nümayəndə heyəti İraq Xarici İşlər Nazirliyinin dəvəti ilə Bağdadda səfərdədir.

DAK mətbuat xidmətinin məlumatına görə, DAK həmsədri Firidun Pərvizniyanın rəhbərlik etdiyi nümayəndə heyəti İraqın gələcəyi ilə bağlı keçirilən beynəlxalq konfransda iştirak edir.

Səfər çərçivəsində nümayəndə heyəti İraqın gənclər və idman naziri Casim Məhəmməd, dövlət naziri Turhan Müfit, İraq parlamentinin işçi qrupunun rəhbəri, sabiq baş nazir İbrahim Cəfəri, İraq Türkmən Cəbhəsinin sədri, millət vəkili Ərşad Salihi, tanınmış kərküklü yazar-jurnalist, doktor Şəmsəddin Kuzəçi, Türkiyə, Tunis, Küveyt və Misir nümayəndə heyətləri, Sudanın İraqdakı səfiri və Kərkük türkləri ilə görüşüb.

Bundan əlavə, DAK nümayəndə heyəti Kərbəlada Azərbaycan şairi Məhəmməd Füzulinin məzarını və İmam Hüseynin məqbərəsini ziyarət edib.
XS
SM
MD
LG