Accessibility links

Ceymstaun Fondunun rəhbəri: "ABŞ-ın Cənubi Qafqaza yönəlik konkret siyasəti yoxdur"


Ceymstaun Fondunun rəhbəri: "ABŞ-ın Cənubi Qafqaza yönəlik konkret siyasəti yoxdur"

Ceymstaun Fondunun rəhbəri: "ABŞ-ın Cənubi Qafqaza yönəlik konkret siyasəti yoxdur"

Ceymstaun Fondunun rəhbəri Qlen Hovardın fikrincə, Ermənistanla Azərbaycan arasında münaqişə baş qaldırsa, güclü dövlətlərin diqqəti bu məsələyə yönələ bilər

Dağlıq Qarabağ son günlər əsas müzakirə mövzusu olaraq qalır. Mövzunun müzakirəsi intensivləşsə də, nizamlanmanın intensivləşməsinə dair hər hansı bir işarə görünmür, ən azı ictimaiyyət üçün. Kazan görüşü, Sergey Lavrovun Yerevan, Bakı və ardınca da Vaşinqtona səfərləri, indi də Azərbaycan xarici işlər nazirinin Moskvaya səfəri – tərəflərin münaqişənin nizamlanması istiqamətdə son aylar göstərdiyi səylərdir. Bunlar nədən xəbər verir? Kazan görüşü uğursuz olacaqdısa, onun bu qədər vədlərlə keçirilməsinə ehtiyac var idimi?

Ceymtaun Fondunun rəhbəri Qlen Hovard Amerikanın səsinə Skype müsahibəsində diqqəti Kazan görüşünün keçirildiyi məkana yönəldərək deyir ki, görüş Rusiya daxilində yüksək statuslu muxtariyyəti olan və əhalisinin böyük əksəriyyətini müsəlmanlar təşkil edən Tatarıstanda keçirilib. Bunun simvolik bir addım olduğunu dilə gətirən cənab Hovard Ermənistanla Azərbaycan arasında gərginliyin arta biləcəyini deyir: “Problem ondan ibarətdir ki, ABŞ diplomatik mənada regional inkişaf və təhlükəsizlik məsələlərini ruslara ötürüb. Rusiya isə nəinki diplomatik rol oynayır, həm də erməniləri və azərbaycanlıları silahlarla təmin edir. Moskvanın tərəfləri silahla təmin edərək bitərəf vasitəçi olmasını söyləmək çətindir”.

Kazan şəhəri - 24 iyun 2011

Kazan şəhəri - 24 iyun 2011

Kazan görüşünün uğursuzluğundan sonra Rusiya xarici işlər naziri Sergey Lavrovun Yerevan və Bakıya, ardınca da ABŞ-a səfəri, onun azərbaycanlı həmkarı Elmar Məmmədyarovun Rusiyaya dəvət ediliməsi Kremlin hələ də münaqişənin həllində başlıca vasitəçi imicini qorumağa çalışdığını göstərir.

Glen Hovardın fikrincə, bununla Rusiya Azərbaycan və ABŞ-a regionda daha aqressiv rol oynamaya biləcəyini göstərməyə çalışır. Ekspertin sözlərinə görə, Qərbdə siyasətçilər Ermənistanın hər hansı bir güzəştə getməsini gözləyir: “Azərbaycan danışıqlarda dönüş nöqtəsi üçün hər hansı bir işarə axtarır. 2, 3, 4 vilayətin qaytarılması və s. Ancaq Yerevanın belə bir addımda maraqlı olmadığı görünür. Qəbələ radiolokasiya stansiyası Azərbaycanın əlində

Dağlıq Qarabağa dair son səylər

Kazan görüşü

Rusiyanın Kazan şəhərində keçirilən görüşdə prezidentlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair baza prinsipləri barədə razılıq əldə edə bilməyiblər.

Sergey Lavrovun səfərləri

Rusiya xarici işlər naziri Sergey Lavrov Kazan Görüşündən sonra Yerevan, Bakı və Vaşinqtona səfər edib. Görüşlər zamanı məsələ müzakirə olunub.

Minsk qrupunun bəyanatı

Prezidentlərin üzərinə təməl prinsiplər üzrə son təkliflərə münasibət bildirmək, sülh yolu ilə nizamlanmaya nail olmaq üçün həmsədrlər və həmsədr ölkələrin hökumətləri ilə işi davam etdirmək öhdəliyi qoyulub.

Elmar Məmmədyarov Moskvada

Azərbaycan xarici işlər naziri Rusiya prezidenti Dmitri Medvedevin təkliflərinə prezident İlham Əliyevin cavabını Rusiya tərəfinə təqdim edib

Rusiyaya qarşı əl əhəmiyyətli vasitədir.”

Rusiyaya səfəri zamanı Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması ilə bağlı Rusiya prezidenti Dmitri Medvedevin təkliflərinə prezident İlham Əliyevin cavabını Rusiya tərəfinə təqdim edib. Mətbuat konfransında Rusiya xarici işlər naziri Sergey Lavrov deyib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması regional məsələlər arasında prioritetlərdən biridir. Bəs görəsən, ABŞ üçün də bu, belədirmi?

Qlen Hovardın sözlərinə görə, Avropa nəhəngləri Cənubi Qafqaz regionunda o qədər də maraqlı olmadığından Rusiyanın regionda yeganə rəqibi ABŞ-dır: “ABŞ-ın regionda daha sayıq rol oyması yaxşı olardı, ancaq belə deyil. Xanım Klinton bundan xəbərdardır. Fikrimcə ABŞ-ın ümumilikdə bu regiona yönəlik heç bir konkret siyasəti mövcud deyil. “Reset” siyasəti ilə ABŞ regionda bütün diplomatik səyləri Rusiyaya verdi. Azərbaycan isə bunu istəmir, rəsmi Bakı bu məsələyə bütün güclü dövlətlərin cəlb olunmasını istəyir”.

Ekspertin fikrincə, Ermənistanla Azərbaycan arasında münaqişə baş qaldırsa, güclü dövlətlərin diqqəti bu məsələyə yönələ bilər. O hətta, Serqey Lavrovun Vaşinqton səfərinin də bu məsələdə heç nəyi dəyişmədiyini deyir.

  • 16x9 Image

    Emil Quliyev

    Amerikanın Səsində 2007-ci ildən fəaliyyət göstərir. "Amerikana" proqramının təsisçisi və aparıcısı, "Amerika İcmalı" həftəlik televiziya proqramının baş prodüseridir.  Çoxsaylı siyasi, sosial və analitik müsahibə və reportajların müəllifidir.

XS
SM
MD
LG