Accessibility links

Dağlıq Qarabağ münaqişəsinin həlli üçün sülh naminə həlledici addımların atılmasının vaxtı çatıb


Dağlıq Qarabağ münaqişəsinin həlli üçün sülh naminə həlledici addımların atılmasının vaxtı çatıb

Dağlıq Qarabağ münaqişəsinin həlli üçün sülh naminə həlledici addımların atılmasının vaxtı çatıb

ATƏT-in Minsk qrupunun həmsədrləri Yerevanda və Bakıda danışıqlar aparıb

Prezident İlham Əliyev və müdafiə naziri Səfər Əbiyev bu gün ATƏT-in Minsk qrupunun həmsədrləri Bernar Fasye (Fransa), İqor Popov (Rusiya) və Robert Bradtkeni (ABŞ), həmçinin ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anjey Kasprşiki qəbul edib.
Görüşlərdə Qarabağ nizamlanmasının hazırkı vəziyyəti və perspektivləri müzakirə olunub.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, nazir Əbiyev qeyd edib ki, Minsk qrupunun fəaliyyəti konkret bir nəticə verməsə də, Azərbaycan tərəfi hələlik bu missiyaya ümidini itirməyib. Onun sözlərinə görə, sülh variantı yalnız Ermənistanın işğalçılıq siyasətindən əl çəkməsi şərti ilə mümkündür. Nazir torpaqların işğaldan azad edilməsi üçün Azərbaycanın ciddi hazırlıqlar gördüyünü də xüsusi vurğulayıb. O hesab edir ki, “belə situasiyalarda bütün dövlətlər eyni cür hərəkət edərdi”. O, münaqişənin beynəlxalq hüquq normaları əsasında həlli zərurətini önə çəkib.

ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona son səfərlərinin yekunları ilə bağlı yaydığı bəyanatda isə deyilir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün sülh naminə həlledici addımların atılmasının vaxtı çatıb.
Həmsədrlər 2010-cu ilin oktyabr ayında Həştərxanda yüksək səviyyəli görüşü ilə başlayan işlər nəticəsində müsbət işlərin görüldüyünü vurğulayıb. “Biz tərəfləri münaqişənin sülh yolu ilə həlli və yeni mərhələyə başlamaq üçün növbəti irəliləyişlərə nail olmağa çağırırıq”.
Həmsədrlər həmçinin sülh üçün əlverişli şərait yaradılması məqsədilə münaqişə tərəflərinə səbir nümayiş etdirməyi, o cümlədən açıq bəyanatlarda dözümlülük göstərməyi tövsiyə edib.

XS
SM
MD
LG