Accessibility links

Dağlıq Qarabağ: statussuz status kitabı


Dağlıq Qarabağ: statussuz status kitabı
Dağlıq Qarabağ: statussuz status kitabı

Kitabda dünyada münaqişələrin həlli və muxtariyyət verilməsi ilə bağlı 10 modeldən danışılır

2010-cu ildə Rusiyanın vasitəçilik səyləri gözlənilən nəticəni vermədi. Bu ilin avqustunda Ermənistanla Rusiya hərbi bazasının Gümridə qalma müddətinin uzadılması barədə yeni hərbi müqavilə imzalayıb və Ermənistanın təhlükəsizliyinə zəmanət haqqında öhdəliklər götürülüb. Moskva, faktiki olaraq, Ermənistana təzyiq göstərməyəcəyini və Azərbaycanla aktiv silahlı qarşıdurma bərpa olunarsa onu dəstəkləyəcəyini biruzə verib. Bu barədə "Dağlıq Qarabağ: statussuz status" kitabının müəllifi, Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu “Amerikanın səsi” radiosuna müsahibəsində bildirib.

Müəllif kitabında dünyada münaqişələrin həlli və muxtariyyət verilməsi ilə bağlı 10 modelə müraciıt edib. Cənab Şahinoğlu dünyada mövcud olan muxtariyyət modellərini Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesində ortaya çıxan çətinliklər də nəzərə alınmaqla təhlil edib.
2011-ci ildə aparılacaq danışıqları proqnozlaşdıran ekspert deyib ki, səmərəsiz danışıqlar davam etdiriləcək. “Eyni zamanda, cəbhədə lokal qarşıdurmalar və beynəlxalq güc mərkəzlərinin fəal müqavimətinə baxmayaraq, qısamüddətli geniş miqyaslı müharibə mümkünlüyü də istisna deyil”.
Politoloq Madridl prinsiplərindən danışarkən bildirib ki, Ermənistanın Dağlıq Qarabağın statusu üzrə referendumun tarixini təyin etmək tələbi münaqişənin həlli prosesinə mane olur. “Bu, regionun Azərbaycandan ayrılmasına gətirib çıxaracaq addımdır. Bakı isə bunu heç zaman qəbul etməyəcək”.
Cənab Şahinoğlu Dağlıq Qarabağın mümkün statusu modellərinə də toxunub. “Bu, beynəlxalq presedentlərdir: Aland adaları, Tatarstan (Rusiya Federasiyası), Krım, Şimali İrlandiya, Cənubi Tirol, Triest, Kataloniyanın statusu. Hər bir münaqişənin öz spesifikası var, amma 10 modelin hər biri üçün ortaq məqamlar səciyyəvidir: əvvəlcə separatizmin güclənməsi, müstəqillik tələbi, bəzi yerlərdə silahlı qarşıdurmalar və teraktlar və son nəticədə birgə yaşayış”.
Ekspert hesab edir ki, Dağlıq Qarabağ üçün ən çox qəbul edilməsi mümkün olan variant Aland adaları modeli - Finlandiyada isveçlilərin muxtariyyətidir. “Aland adalarının öz parlamenti, hökuməti və geniş özünüidarə sistemi, polisi, Helsinki xarici siyasət məsələlərində nümayəndəliyi, cinayət və mülki hüquqları, gömrük və pul siyasəti var. Ermənistan tərəfin istinad etdiyi Kosovoya gəlincə, onun nadirliyi Serbiyanın alban əhalisini etnik təmizləmə siyasəti aparmasından ibarətdir. Qarabağda etnik təmizləmələrə məhz azərbaycanlılar məruz qalıb, buna görə burada bu presedent qəbuledilməzdir”.

Bu gün müəllifin kitabı ilə bağlı keçirilən müzakirələrdə Beynəlxalq Böhran Qrupunun (BBQ) analitiki Təbib Hüseynov hazırki mərhələdə Dağlıq Qarabağın yekun statusu məsələsinin müzakirəsini real saymır. "Hətta, tərəflərin ən liberal və konstruktiv nümayəndələri belə, bu mərhələdə mövqelər uzlaşmadığına görə yekun status üzrə razılıq əldə edə bilməz".
Onun sözlərinə görə, Azərbaycan beynəlxalq ictimaiyyətin dəstəklədiyi "Madrid prinsipləri"ni qəbul edir. “Ermənistana "Madrid prinsipləri"ni qəbul etməsi məqsədilə təsir göstərmək lazımdır. Cəbhədə gərginlik Azərbaycan üçün sərfəli ola bilməz, belə ki, Azərbaycana beynəlxalq dəstək prosesini pozar”, - deyə o bildirib.

XS
SM
MD
LG