Accessibility links

ABŞ Nümayəndələr Palatasındakı tədbirdə Dağlıq Qarabağın müstəqilliyinin 20-ci ildönümü qeyd edilib

  • Amerikanın səsi

ABŞ Nümayəndələr Palatasındakı tədbirdə Dağlıq Qarabağın müstəqilliyinin 20-ci ildönümü qeyd edilib

ABŞ Nümayəndələr Palatasındakı tədbirdə Dağlıq Qarabağın müstəqilliyinin 20-ci ildönümü qeyd edilib

ABŞ Nümayəndələr Palatasının bir zalında Konqresin Ermənistan məsələləri üzrə komitəsi, Ermənistanın Vaşinqtondakı səfirliyi, Dağlıq Qarabağ ermənilərinin Vaşinqtondakı təmsilçiliyi tərəfindən təşkil edilən tədbirlə Qarabağ ermənilərinin müstəqilliklərini elan etmələrinin 20-ci ildönümü qeyd edilib. Tədbirin Nümayəndələr Palatasında bir zalda keçirilməsi ABŞ-ın, Nümayəndələr Palatasının və ya Senatın Qarabağ məsələsi barədə siyasətində dəyişiklik mənasına gəlmir və belə tədbirlər keçmişdə də təşkil edilib.

Azərbaycan tərəfi belə bir tədbirin Nümayəndələr Palatasında keçirilməsindən narahatlığını bildirib. Azərbaycanın Vaşinqtondakı səfiri Yaşar Əliyev sentyabr ayının 11-də Konqresin Nümayəndələr Palatasının üzvlərinə ünvanladığı məktubda Ermənistanın Azərbaycan torpaqların işğal etdiyini, yüz minlərlə insanın qaçqın və məcburi köçkünə çevrildiyini qeyd edərək, Dağlıq Qarabağda erməni respublikasınının Ermənistan tərəfindən yaradıldığını deyərək "qondarma" adlandırdığı rejimin beynəlxalq ictimaiyyət tərəfindən tanınmadığını vurğulayıb.

Qeyd edək ki, ermənilərin Dağlıq Qarabağ Respublikası Birləşmiş Ştatlar tərəfindən tanınmır. Buna baxmayaraq on ildən artıqdır ki, həmin respublikanın Vaşinqtonda nümayəndəliyi var. Dağlıq Qarabağ ermənilərinin Vaşinqtondakı nümayəndəsinin diplomatik statusu yoxdur. Buna baxmayaraq o müxtəlif, xüsusilə qeyri-rəsmi tədbir və forumlarda Qarabağ ermənilərinin maraqlarını müdafiə edir. Bizdəki məlumata görə Qarabağ azərbaycanlılarının Vaşinqtonda belə bir təmsilçisi yoxdur.

Nümayəndələr Palatasında keçirilən tədbirə Azərbaycanlı tədqiqatçıların münasibəti də mənfi olub. Qarabağ məsələsi barədə ətraflı tədqiqatları ilə tanınmış Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun da tədbirə münasibəti mənfi olub. ”ABŞ Konqresində erməni separatçılarının liderinin qəbul edilməsi Azərbaycan-Amerika münasibətlərinin ruhuna zidd bir addımdır. Təsəvvür etmək olarmı ki, Konqresdə Abxaziya və ya Cənubi Osetiyanın separatçı liderləri qəbul edilsin? Mümkün deyil. Biz Amerikadan eyni münasibəti gözləyirik”.

Xatırladaq ki, ABŞ Nümayəndələr Palatasının qızıl zalında Dağlıq Qarabağın müstəqilliyinin 20-ci ildönümü qeyd edilib. Tədbir Konqresin Ermənistan məsələləri üzrə komitəsi , Ermənistanın Vaşinqtondakı səfirliyi, Dağlıq Qarabağın Vaşinqtondakı təmsilçiliyi tərəfindən təşkil edilib.Tədbirdə bir necə konqresmen də iştirak edib. Mərasimi açıq elan edən konqresmen Frank Pollon Dağlıq Qarabağın demokratiyası, azad bazarı və təhlükəsizliyi barədə danışaraq, son illər bu sahələrdə inkişaflar əldə edildiyini bildirib. Konqresmen deyib ki, tədbir Dağlıq Qarabağın müstəqilliyinin dəstəkləndiyini və Dağlıq Qarabağ xalqının beynəlxalq ictimaiyyət tərəfindən tanınındığını nümayiş etdirir. Konrqesmen Adam Şif deyib ki, beynəlxaq ictimaiyyət Azərbaycanın müharibə təhdidiləri əleyhinə çıxış etməlidir. Konqresmen münaqişənin həllinin yalnız bir yol-dialoq yolu olduğunu vurğulayıb.

İki erməni əsilli kongresmendən biri, Cekki Spir (Kançelyan) ABŞ prezidenti Barak Obamanın ABŞ-ın həmişə öz müqəddəratını müəyyən etməyə çalışanlara dəstək verdiyinə dair bəyanatını xatırladıb. Baxmayaraq ki, bu sözlər Yaxın Şərqdəki proseslərələ əlaqədar idi.

Konqres nümayəndəsi Spir deyib ki, bir vaxt gələcək mütəqil Qarabağ hamı tərəfindən tanınacaq. Qarabağın parlament spikeri Aşot Qulyan isə deyib ki, Azərbaycan tərəfi razı olduğu təqdirdə, biz münaqişənin sülh yolu həllinə hazırıq. O, Azərbaycanın nə keçmişdə, nə də hazırkı anda bu mövqedən çıxış etmədiyinə təəssüfünü bildirib.

XS
SM
MD
LG