Accessibility links

Dəməşqdə hərbi qüvvələrin binasına bomba hücumları olub YENİLƏNİB


İki partlayış zamanı yaralanan olmayıb

Suriya rəsmilərinin bildirdiyinə görə, Dəməşqdə hərbi qüvvələrin binasını hədəf alan iki partlayış zamanı 17 nəfər yaralanıb. Bu gün həyata keçirilən hücumların bir neçə dəqiqə arasında olduğu və binanın bir hissəsinin yandığı deyilir.

Ölkənin informasiya naziri Omran Zoubi partlayışların yalnız maddi zərər verdiyini deyərək, hücuma görə terrorçuları qınamışdır.

Suriya hərbi qüvvələrinin bəyanatında bombalardan birinin maşına yerləşdirildiyi deyilir.

Bu gün Dəməşqdə İranın Press tele-kanalının müxbirlərindən birinin snayperlə vurularaq öldürüldüyü, bomba hücumu nəticəsində dövlət xəbər agentliklərindən birinin başçısının yaralandığı xəbər verilir.
XS
SM
MD
LG