Accessibility links

Dəməşqdə terror hücumu 13 adamın həyatına son qoydu [Fotogalereya]


Suriya dövlət mediasının bildirdiyinə görə, bu gün Dəməşqin Mazeh rayonunda törədilən bomba hücumu azı 13 nəfərin ölümünə, 70 nəfərin yaralanmasına səbəb olub.

Televiziyanın bomba hücumu ilə bağlı görüntülərində partlayışın binaları və avtomobilləri sıradan çıxardığı nümayiş etdirilib.

Dövlət SANA xəbər agentliyi rəsmilərin partlayışda Bəşar Əl-Əsədə qarşı olan terrorçuların məsuliyyət daşıdığını dediklərini bildirir.

Baş qərargahı Britaniyada yerləşən Suriya İnsan Haqları Müşahidəçi qrupu bundan əvvəl partlayış zamanı 9 nəfərin öldüyünü, şahidlər isə partlayışdan sonra həmin ərazidə silah səslərinin hələ də eşidildiyini bildirmişdi.
XS
SM
MD
LG