Accessibility links

Daniel Server: Suriyadakı böhranın sonluğunu proqnozlaşdırmaq çətindir


Dan Serwer
Dan Serwer
Vaşinqtonda qərargahlanan Yaxın Şərq Institutinin eksperti Daniel Server Amerikanın Səsiə müsahibədə Suriyada baş verən son olayları şərh edib. Onun sözlərinə görə Suriya cəmiyyətini bürüyən zorakılıq dalğası insanları öz tərqətdaşlarına arxalanmağa vadar edir. Gələcək isə çoxları üçün qeyri-müəyyən qalır.

Sual: Son xəbərlərə görə Suriyada müdafiə naziri və prezident Bəşər Əsədin qayını öldürülüb. Ötən üç gündə döyüşlər paytaxt Dəməşqə yaxınlaşmaqdadır. Çoxlarının beynində dolaşan sual yəqin ki, budur: Əsəd hökumətinin sonu yaxınlaşırmı?

Cavab: Fikrimcə bunun necə nəticələnəciyini proqnozlaşdırmaq çətindir. Üsyançılar Dəməşqə yetişməklə çoxlarının güman etdiyindən daha çox uğur qazanıblar. Amma bu, o demək deyil ki, onlar udublar. Biz görməliyik ki, növbəti günlərdə nə baş verir. Məsələ bundan da artıq vaxt apara bilər.

Sual: Suriyadakı situasiyanı inid bir çoxları vətəndaş müharibəsi kimi qiymətləndirilir. Əgər bu, belədirsə, onda tərəflər kimlərdir? Bəşər Əsədin tərəfində son damla qanınadək vuruşmağa hazır olan qüvvələr kimlərdir və müxalifətdə müasir hərbi texnikaya qarşı vuruşan adamlar kimlər?

Cavab: Belə görünür ki, Əsədin tərəfində vuruşan qüvvələr konvensional təhlükəsizlik qüvvələri və Daxili İşlər Nazirliyinin muzd tutduğu Şəbiha adlanan yarı-hərbi dəstələrdir ki, bunlar müxalifətin güclü olduğu bölgələrdə əhaliyə divan tutur. Üsyançılar tərəfdə isə mənzərə daha qarışıqdır. Azad Suriya Ordusu adlanan qurum elə də mərkəzləşdirilmiş qüvvə deyil, daha çox könüllülərin birlyini xatırladır. Dəməşq döyüşünü aparan qüvvələrin kimliyi də bəlli deyil. Azad Suriya Ordusu və müxalifətin nə dərəcədə təşkilatlandığını anlamaq yəqin ki, bir qədər vaxt aparacaq.

Sual: Bəşər Əsəd özü 12 faizli ələvi təriqətinin nümayəndəsidir. Qarşı tərəfdə olan sünnilər isə Suriya əhalisinin əksər çoxluğunu təşkil edirlər. Bu təriqətlər arasındakı ziddiyətlər nə qədər güclüdür?

Cavab: Avtokratik idarəçilik uzun müddət təqriəqtələr arasındakı ziddiyətləri boğmağa çalışıb. Amma zorakılıqlar artanda insanlar öz köklərinə tapınmağa və bir növ qalalarına çəkilməyə meylli olurlar. Sözün əsl mənasında bunu ələvilər edirlər və eyni ifadəni ələvilərin hücumlarına məruz qalan sünnilərə də şamil etmək olar. Ələbəttə, adətən suriyalılar deyirlər ki, “biz hamımız suriyalılıq” və s. Amma reallıq budur ki, zorakılıq dalğası vüsət alanda, cəmiyyətdə parçalanma baş verir, və biz hazırda Suriyada bunu müşahidə edirik.

Sual: Suriya münaqişəsində xarici qüvvələrin rolunu necə dəyərlədnirərdiniz. Məsələn, Bəşər Əsəd keçmişdə ölkəsindəki qarşıdurmaya görə Türkiyəni günahlandırıb.

Hesab etmirəm ki, konflikti xarici qüvvələrin boynuna atmaq olar. Şübhəsiz ki, türklər Suriyada müxalifətini təmsil edən mülki vətəndaşlara və hərbçilərə dəstək verirlər. Amma bunu türklər başlamaytıb. Bunu heç bir xarici qüvvə başlamayıb.
Əslində türklərin özləri də Suriyadakı qeyri-sabitlikdən narahatdırlar. Belə ki, Suriyada olduğu kimi, Türkiyədə də çox sayda kürd yaşayır. Suriyadakı üsyana görə məsuliyyət daşıyan yeganə adamlar Bəşər Əsədin hökumətindəki adamlardır ki, onlar etiraz nümayişlərinə vaxtında adekvat reaksiya verməyiblər.

Sual: Suriyada hökumətin çöküşü ərəb dünyası üçün, ümumilikdə region üçün nə demək olardı?

Cavab: Bütün bunlar Suriyada bundan sonra baş verəcək hadisələrdən haslıdır. Əgər Liviyada olduğu kimi biz burada xoşməramlı demokratik təkamül görsək, bu, region üçün və dünya üçün çox müsbət inkişaf olardı. Bu sonluq İranı yeganə müttəfqindən məhnrum edər və ərəb dünyasında növbəti demokratiya nümunəsi olardı. Amma mümkündür ki, ölkədə hərbi çevriliş baş versin, zorakılıqlar yayılsın. Konfliktin region və dünya üçün nəticələri Əsədin çöküşündən sonra baş verəcəklərdən asılıdır.
XS
SM
MD
LG