Accessibility links

Amerikalı konqresmen Bakıya gəlib


Konqresmen Dan Börton (Danny Lee "Dan" Burton )

Konqresmen Dan Börton (Danny Lee "Dan" Burton )

Dan Börton Bakıda regional məsələlərlə bağlı müzakirələr aparacaq

Sentyabrın 4-də Amerika konqresmeni (İndiana ştatı, Respublikaçı) Dan Börtonun (Danny Lee "Dan" Burton ) Azərbaycana səfəri başlayıb. Bu barədə Amerikanın Səsi radiosuna Amerika səfirliyindən bildiriblər.

Konqresmen Azərbaycan rəsmiləri ilə ikitərəfli münasibətlər, regiondakı mövcud durumla bağlı müzakirələr aparacaq.

Bu gün konqresmen regionda Amerikanın maraqları ilə bağlı jurnalistlərin iştirakı ilə dəyirmi masa keçirəcək və sualları cavablandıracaq.

Dan Börton 21 iyun 1938-ci ildə İndianada anadan olub. O, İndiana ştatının 5-ci seçki dairəsindən ABŞ Nümayəndələr Palatasının üzvü seçilib.
XS
SM
MD
LG