Accessibility links

ABŞ və Rusiyanın hərbi liderləri Azərbaycanda görüşəcək


ABŞ-ın Birgə Qərargahlar rəisi Cozef Danford

ABŞ-ın Birgə Qərargahlar rəisi, hərbi dəniz qüvvələrinin generalı Cozef Danford Rusiyanın birgə qərargah rəisi Valeri Gerasimovla cümə axşamı günü Azərbaycanda görüş keçirəcək.

General Valeri Gerasimov
General Valeri Gerasimov

Bu haqda açıqlama general Danfordun ofisi tərəfindən verilib.

“Hərbi liderlər hazırda Amerika-Rusiya hərbi münasibətləri və iki ölkə arasında səhvlərə və potensial böhranlara yol verilməməsi məqsədilə daimi və dəqiq kommunikasiyaların əhəmiyyətini müzakirə edəcək”-deyə ABŞ-ın Birgə Qərargahlar rəisinin ofisinin açıqlamasında bildirilir.

XS
SM
MD
LG