Accessibility links

Danimarka parlament seçkilərində mərkəz-sol ittifaqı qələbə əldə edib


Lars Lokke Rasmussen

Lars Lokke Rasmussen

Baş nazir Hel Torninq Şmidt məğlub olduğunu qəbul edib

Danimarkanın mərkəz-sağçı müxalifəti parlament seçkilərində əldə etdiyi qələbəni qeyd edir. Seçkilərdə anti-immiqrasiya müttəfiq partiyanın bu bloku qələbəyə apardığı bildirilir.

Bütün səslər sayıldıqdan sonra, ilkin rəsmi nəticələr sabiq Baş Nazir Lars Lokke Rasmussenin başçılıq etdiyi müxalifət blokunun 179 yerlik parlamentdə 90 yer qazandığını göstərib.

Hazırkı Baş Nazir Hel Torninq Şmidtin mərkəz-solçu blokunun isə parlamentdə 85 yerə malik idi. Danimarkanın ilk qadın hökümət başçısı məğlubiyyətini qəbul edib və mənsub olduğu Sosial Demokrat Partiyasının başqanı vəzifəsindən istefa edəcəyini açıqlayıb.

XS
SM
MD
LG