Accessibility links

Kopenhagen hücumlarında şübhəli bilinən iki nəfər həbs edilib


Onlar silahlı atışmanı həyata keçirən 22 yaşlı silahlı şəxsə yardım etməkdə ittiham olunurlar

Danimarka polisinin verdiyi məlumata görə, iki gün öncə Kopenhagendə ayrı-ayrı atışmalar zamanı iki nəfəri öldürən slahlı şəxsə yardım edən iki nəfər həbs edilib.

Bu gün polis bildirib ki, iki nəfər ifadə azadlığına dair tədbirdə və Kopenhagenin baş sinaqoqundakı silahlı atışmanı həyata keçirən 22 yaşlı silahlı şəxsə yardım etməkdə ittiham olunurlar.

Danimarka baş naziri Hel Torninq-Şmidt atışmanı “Danimarkaya qarşı sinik terror aktı” adlandırıb.

Polis bazar günü Danimarka əsilli silahlı şəxsi vağzalda polis zabitinə atəş açdıqdan dərhal sonra öldürülüb. Polisin verdiyi məlumata görə, onun daha əvvəl törətdiyi cinayətlərə zorakılıq və silahlı hücum daxildir.

Danimarka kəşfiyyatının rəhbəri Cens Madsen deyir ki, müstəntiqlər silahlı şəxsin İslam radikalizmindən ilham aldığına inanırlar.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG