Accessibility links

Danimarka mediası: Hücumçu həbsxanada radikallaşıb


Danimarka mediası söz azadlığına həsr olunmuş tədbir zamanı və Kopenhagendə sinaqoqa hücum edən silahlı şəxsin əvvəllər məhkum olunduğu və həbsxanada olduğu zaman radikallaşdığı haqda məlumat verib.

Polis silahlı şəxsin adını açıqlamayıb, lakin mətbuatda onun sərnişin qatarında bir nəfəri qəddarcasına bıçaqladığına görə məhkum olmuş Ömər Əbdül Həmid El-Hüseyn olduğunu bildirib.

El-Hüseynin əvvəlki insidentlə bağlı məhkəmə prosesini işıqlandıran müxbir hazırda Kopenhagendə hücumla bağlı şübhəlinin o zaman dindar olmadığını deyib. Onun sözlərinə görə, El-Hüseyn cinayətkar təəssüratı yaradıb.

Kopenhagendə kafedə söz azadlığına dair tədbirdə hücum zamanı bir nəfər ölüb, üç polis işçisi yaralanıb.

Bundan bir neçə saat sonra Danimarka paytaxtındakı sinaqoqda mərasim zamanı bir nəfər öldürülüb, daha iki polis işçisi yaralanıb.

Polis silahlı şəxsi bazar günü dəmiryolu stansiyası yaxınlığında polis işçilərinə atəş açan zaman qətlə yetirib.

XS
SM
MD
LG