Accessibility links

Dağıstan güləşçilərinin Olimpiya narahatlıqları [Video]


Dağıstan güləşçilərinin Olimpiya narahatlıqları
please wait

No media source currently available

0:00 0:02:52 0:00
Rusiyanın Dağıstan Respublikasının Kasavyurd güləş məktəbi Olimpiadalara çempionalar bəxş edib. Lakin bura həm də idmançıları ələ keçirməyə çalışan islamçılar üçün də cəlbedici bir yerdir.

Bu məktəbin yetirmələri Olimpiada oyunlarından çempion çıxmaq əzmindədir. Lakin onların bu arzuları mümkün olmaya bilər

Sentyabr ayında Argentinada Beynəlxalq Olimpiya Komitəsi 2020-ci il oyunlarına güləşin salınıb-salınmaması məsələsini səsə qoyacaq.

Gəncləri nigaranlıqda saxlayan yeganə məsələ bu deyil.
Bu yeniyetmələri qarşıda başqa problemlər gözləyir. Bu regionda islamçı yaralılar idmanşıları sıralarına cəlb etməyə çalışır.

İrbaxanov adına məktəbin baş məşqçisi Asrudin Batayev deyir ki, Olimpiyadalarda çempionluq qazanmaq arzusu tələbələri idman zalında, ekstrmistlərin əlindən uzaq saxlayır. "Təkcə bizim məktəbdə 2 min uşaq var. Ümumilikdə isə şəhərimizdə güləş məktəbləri çoxdur. Görün nə qədər uşağı ekstremistlərdən uzaq saxlaya bilmişik."

Kremlin maliyyə dəstəyi ilə həyata keçirilən gərgin məşq rejimi Olimpiya çempionları ənənəsinin təməlini qoyub.130 min nəfərlik əhaliyə malik olan Kasavyurt 4 Olimpiya yay oyunlarına 8 qızıl medal qazandırıb.

Lakin Avropa çempionu və İrbaxanov məktəbinin yetirməsi Zaur Batayevi güləşin oyunlardan çıxarılmasının maddi təsirləri narahat edir. "Güləş Olimpiya oyunlarından çıxarılsa, maliyyələşdirmələr kəsilsə, idman mərkəzləri bağlansa, bizə bu idman növünüzə artıq oyunlarda yer yoxdur deyilsə, cinayətkarlıq, banditizm artacaq."

İslam tədqiqatı mərkəzinin direktoru Ruslan Gereyev idmançıların bəzilərinin ekstremistlərin sıralarına cəlb edilməsi hallarının azaldığını deyir. "İdmançıların gizli üsyançı dəstələrə qoşulması ölkəmizin itkisi deməkdir. indiki vəziyyəti 2 il əvvəllə müqayisə etdikdə terror hücumlarının azaldığını görərik. "

Lakin Rusiyanın bu regionunda uzunmüddətli sabitlik gözləmək mümkün deyil.
Hələ ki, Kasavyurtda məşqlərin davam etdirilməsi minlərlə gənci Olimpiada qələbəsi arzusu ilə yaşadır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG