Accessibility links

Elmar Məmmədyarov Minsk qrupunun həmsədrləri ilə görüşüb


ATƏT-in Minsk qrupunun həmsədrləri

ATƏT-in Minsk qrupunun həmsədrləri

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinin sürətləndirilməsi müzakirə edilib

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov iyulun 22-də Brüsseldə ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, görüş zamanı Qarabağ münaqişəsinin ictimaiyyətə yaxşı məlum olan prinsipləri, həmçinin ATƏT-in Minsk qrupu həmsədrlərinin (Fransa, ABŞ, Rusiya) bəyanatları əsasında nizamlanması prosesinin sürətləndirilməsi məsələsi müzakirə edilib.

Xatırladılır ki, Minsk Qrupu ölkələrinin prezidentləri dəfələrlə öz bəyanatlarında indiki status-kvo-nun saxlanmasının yolverilməz olduğunu qeyd ediblər.

Qeyd edək ki, Brüsseldə həmsədrlər Ermənistan xarici işlər naziri Edvard Nalbandyanla da görüş olub.

XS
SM
MD
LG