Accessibility links

Azərbaycana keçmək istəyən Ermənistan vətəndaşı saxlanılıb


Bu barədə Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla əlaqədar Dövlət Komissiyası deyir

Ermənistan vətəndaşı, 1954-cü il təvəllüdlü Henrik Agetsyan avqustun 7-də Ermənistanla sərhəddə yerləşən Azərbaycanın Sədərək rayonu istiqamətindən Naxçıvan Muxtar Respublikasına keçərkən Azərbaycan hərbçiləri tərəfindən saxlanılıb.

Bu barədə Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.

Məlumatda deyilir ki, dövlət komissiyası H.Agentsyana baş çəkməsi üçün Beynəlxalq Qızıl Xaç Komitəsini məlumatlandırıb.

Ermənistan tərəfi vətəndaşının Azərbaycana keçməsinin səbəbləri ilə bağlı hələ məlumat yaymayıb.

Qarabağ münaqişəsi 1988-ci ildən başlayıb. 1994-cü ildə atəşkəs razılaşması əldə edilsə də atəşkəs rejimi demək olar ki, hər gün pozulur. Bunun nəticəsində son illər yüzlərlə insan həyatını itirib. İki dövlətin sərhədləri bir-birinə qapalı olduğundan sərhədi keçən digər ölkəınin vətəndaşı saxlanır. Atəşkəs dövründə onlarla belə insan saxlanıb. Bir çox hallarda isə hökumətindən narazı olan insanlar könüllü olaraq digər ölkəyə keçir.

XS
SM
MD
LG