Accessibility links

Azərbaycan və Ermənistan prezidentləri fevralda görüşə bilər


Ceyms Uorlik
Ceyms Uorlik

Görüş cəbhədə gərginliyin artığı zamana təsadüf edir

Fevralda Azərbaycan və Ermənistan prezidentlərinin görüşü ola bilər. Bu barədə ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik Twitter-dəki mikrobloqunda yazıb.
“Cümə günü Parisdə Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin görüşü olacaq. Ümid edirəm ki, bu hadisə fevralda prezidentlərin görüşü ilə bağlı növbəti addım olacaq”, o qeyd edib.

Hələlik rəsmi Bakı yanvarın 24-də Parisdə xarici işlər nazirlərinin görüşünün olacağını təsdiqləməyib və təkzib də etməyib.

Qeyd edək ki, Paris görüşü cəbhədə vəziyyətin kəskinləşməsi fonunda keçiriləcək. Belə ki, ermənilər Azərbaycan tərəfini təxribat qrupunu göndərməkdə ittiham edib. Qrup tərəfindən erməni hərbçi öldürülüb.

Ermənistanın müdafiə naziri Seyran Ohanyanın versiyasına görə, yanvarın 20-nə keçən gecə üç təxribat qrupu cəbhənin cənub hissəsində (Xocavənd istiqamətində) erməni tərəfə keçmək istəyib, lakin 9 nəfərlik erməni postu tərəfindən dayandırılıb. Atışma zamanı erməni serjant öldürülüb, Azərbaycan tərəfdən isə bir neçə ölən və yaralanan var.

Azərbaycan Müdafiə Nazirliyi məlumatı təkzib edərək bildirib ki, sözügedən ərazidə atışma qeydə alınmayıb.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG