Accessibility links

İlham Əliyev Minsk qrupunun həmsdərləri ilə görüşüb


Azərbaycan prezidenti Haaqada ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb

Azərbaycan prezidenti Haaqada ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb

Prezident İlham Əliyev fevralın 16-da ATƏT-in Minsk qrupunun həmsədrləri Pyer Andryönu (Fransa), İqor Popovu (Rusiya), Ceyms Uorliki (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul edib.

Prezidentin rəsmi saytının məlumatına görə, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivlərinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, son zamanlar Ermənistan-Azərbaycan cəbhə xətti boyu gərginlik davam edir. Hər iki tərəfdən ölənlər və yaralananların sayı artmadadır.

Azərbaycan Ermənistanı Madrid prinsiplərinə əsaslanan Böyük Sülh Sazişi üzərində işləməyə dəvət edir. Ermənistan isə bu dəvətə hələ cavab verməyib. Həmsdər ölkələrin dövlət başçıları da status-kvonun dəyişməsinin lazmlığını bildirir. Buna baxmayaraq cəbhədə əvvəlki durum davam etməkdədir.

XS
SM
MD
LG