Accessibility links

Rusiya Ermənistan-Azərbaycan cəbhəsində gərginlikdən narahatdır


Rusiya Xarici İşlər Nazirliyi

Rusiya Xarici İşlər Nazirliyi

Martın 5-də Moskvada keçirilən brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Aleksandr Lukaşeviç Qarabağ münaqişəsi zonasında vəziyyətin kərginləşməsindən danışıb.

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə Lukaşeviç cəbhədə vəziyyətin qeyri-stabil olaraq qaldığını deyib.

“İlin əvvəlində başlayan gərginlikdən sonra fevralın ikinci yarısında bir az sakitlik oldu. Bunu ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin bu il fevralın 20-də keçirdiyi monitorinq zamanı tərəflərin nümayəndələri etiraf ediblər. Lakin martın ilk günlərində daxil olan məlumatlar atəşkəs rejiminin yenidən pozulmasından xəbər verir. Təəssüf ki, həlak olanlar var.

Dünən A.Kaspşik təmas xəttində monitorinq keçirib. Müvafiq hesabat hazırlanacaq. Güman edirəm ki, vəziyyətlə bağlı ətraflı məlumatları ATƏT-in monitorlarından əldə etmək mümkün olacaq.

Tərəfləri təmkinlik nümayiş etdirməyə, gərginliyin artmasına aparan hərəkətlərə yol verməməyə, 2014-cü il 10 avqust Soçi sammitində bəyan edildiyi kimi münaqişənin sülh yolu ilə nizamlanması yollarına sadiq olmağa çağırırıq”, o bildirib.

XS
SM
MD
LG