Accessibility links

Azərbaycan XİN “Dağlıq Qarabağ”ın 25 illiyində iştirak edəcək şəxslərə xəbərdarlıq edib


Xarici İşlər Nazirliyi
Xarici İşlər Nazirliyi

Azərbaycan Xarici İşlər Nazirliyi "Dağlıq Qarabağ"dakı rejimin 25 illiyi ilə bağlı keçiriləcək tədbirlərdə iştirak edəcək və Dağlıq Qarabağa səfər edəcək insanlara xəbərdarlıq edib.

Nazirlyin bəyanatında deyilir ki, Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin “müstəqilliyinin 25 illiyi” bəhanəsi ilə 2-3 sentyabrda Yerevanda konfransın keçirilməsi və konfrans iştirakçılarının işğal olunmuş ərazilərə səyahətinin təşkil olunması planlaşdırılır. Həmçinin, 15-18 sentyabr tarixində Xankəndində beynəlxalq gənclər konfransının təşkil edilməsi və digər bu kimi təxribatçı tədbirlərin keçirilməsi nəzərdə tutulur.

“Qondarma rejimin “müstəqilliyinin 25 illiyi” adı altında keçirilən bu tədbirlərə dəvət edilmiş şəxsləri beynəlxalq hüququn norma və prinsiplərinə hörmət etməyə, təxribat məqsədlərinə xidmət edən bu kimi tədbirlərdən kənar durmağa və işğal edilmiş Azərbaycan ərazilərinə səfərlərdə iştirak etməkdən çəkinməyə çağırırıq. İşğal olunmuş Azərbaycan ərazilərinə səfər edənlər Azərbaycanın qanunlarını pozur və həmin şəxslərə münasibətdə onların ölkəmizə gələcək səfərlərinə qadağa qoymaq da daxil olmaqla, Azərbaycan hökuməti tərəfindən müvafiq tədbirlər görüləcək”, sənəddə qeyd edilir.

XİN bildirir ki, Ermənistan Azərbaycana qarşı müharibəyə başlayıb, gücdən istifadə edərək Azərbaycan ərazilərinin 20 faizini işğal edib və 1 milyona yaxın azərbaycanlını etnik təmizləməyə məruz qoyub, işğal olunmuş ərazilərdə çoxsaylı hərbi və bəşəriyyət əleyhinə cinayətlər, soyqırım əməlləri törədib.

Sənəddə Avropa İnsan Hüquqları Məhkəməsinin 16 iyun 2015-ci il tarixli “Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə çıxardığı qərar və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri xatırlanır. Bu sənədlərdə Azərbaycana qarşı gücdən istifadə və onun ərazilərinin işğalı pislənib, eyni zamanda Azərbaycanın suverenliyi və ərazi bütövlüyü, o cümlədən beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı təsbit edilib. BMT qətnamələrində Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsi kimi təsdiq edilib və işğalçı qüvvələrin bütün işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb edilib.

Bununla yanaşı, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə nizamlanması üzrə təşkil edilıimiş ATƏT-in Minsk Qrupu və Minsk Qrpunun həmsdər dövlətləri hazırki status-kvonun qəbuledilməz olduğu barədə dəfələrlə bəyanatlarla çıxış edib. 2016-cı ilin aprelində cəbhə xəttində akitv hərbi əməliyyatlar bərpa olunub və tərəflər çoxsaylı itkilər verib. Bundan sonra Rusiyanın təşəbbüsü ilə tərəflər hərbi əməliyyatları dayandırıb, Vyanada və Sankt-Peterburqda iki ölkə prezidentləri səviyyəsində görüş olub.

“Münaqişənin həlli istiqamətində konstruktiv addımlar atmaq əvəzinə qondarma rejimin “müstəqilliyinin 25 illiyi” bəhanəsi ilə Ermənistanın təşkil etməyə çalışdığı növbəti təxribatçı tədbirlər prezidentlərin Vyana və Sankt-Peterburq görüşlərinin ruhuna zidd olaraq, münaqişənin həlli üzrə ATƏT Minsk Qrupunun həmsədr dövlətlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesinə xələl gətirir, regionda davamlı sülhün təmin olunması istiqamətində atılan səylərə fayda vermir. Bu tədbirlər Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin təbliğinə və məqsədyönlü təxribat cəhdlərinə xidmət edir”, Azərbaycan XİN bəyan edir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG