Accessibility links

ATƏT-in Daimi Şurası Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı müzakirə keçirib


Boats are pulled ashore as smoke and wildfires rage behind Lake Conjola, Australia..
Boats are pulled ashore as smoke and wildfires rage behind Lake Conjola, Australia..

“Atəşkəs rejimi münaqişənin həlli üçün danışıqların sürətləndirilməsini nəzərdə tuturdu. Halbuki, Ermənistan bundan davamlı şəkildə imtina edir. Qeyd edilənlər kontekstində, Vyana və Sankt-Peterburq görüşlərindən sonra tez-tez səsləndirilən “danışıqlar üçün münbit atmosferin yaradılmalı” olduğuna dair mövqe, əslində 1994-cü ildə tətbiq edilmiş rejimə ziddir”. Bu barədə martın 2-də ATƏT-in Daimi Şurasının iclasında Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı müzakirələr zamanı Azərbaycanın ATƏT yanında Daimi Nümayəndəliyi fevralın 24-25-də cəbhə xəttində baş verənlərlə bağlı məlumat verərkən bildirib.

Daimi Nümayəndəlik bildirib ki, substantiv danışıqlar olmadan, eləcə də atəşkəsi möhkəmləndirmək məqsədi ilə irəli sürülən tədbirlər münaqişənin nizama salınması prosesi ilə sinxronlaşdırılmadan və prosesin aidiyyəti mərhələləri ilə əlaqələndirilmədən atəşkəs rejimi davamlı ola bilməz.

“Bu rejim substantiv danışıqlar olmadan atəşkəs rejiminin effektiv şəkildə qorunub saxlanmasının qeyri-mümkünlüyünü ehtiva edir və qarşıdurma xəttindəki son vəziyyət də bu əlaqənin əyani göstəricisidir”, məlumatda qeyd edilir.

Azərbaycan tərəfi həmsədrlərin danışıqların yenidən başlanması üçün çeviklik göstərilməsi ilə bağlı çağırışını, eləcə də BMT Baş Katibinin Ermənistan-Azərbaycan münaqişəsi üzrə təxirə salınmadan substantiv danışıqlara başlamaq barəsində müraciətini alqışlayır.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında deyilir ki, iclasda Avropa İttifaqı, o cümlədən Makedoniya, Albaniya, Monteneqro, Serbiya, Bosniya və Herseqovina, İslandiya, Norveç, Gürcüstan, San-Marino adından səsləndirilmiş bəyanatda “Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistan tərəfindən keçirilmiş qanunsuz “referenduma” münasibət bildirilib, adı çəkilən ölkələrin “referendumun” keçirildiyi hüquqi və konstitusion çərçivəni tanımadığı bəyan edilib”.

Qeyd edilib ki, “referedum” Dağlıq Qarabağ regionun statusuna və münaqişənin nizama salınması üzrə danışıqlara heç bir təsir edə bilməz.

“Türkiyə tərəfi qarşıdurma xəttində baş vermiş təxribatlardan narahatlığını ifadə edib, 25 ildən artıq bir müddət ərzində Ermənistan tərəfindən Azərbaycan ərazilərinin 1/5-nin işğal altında saxlandığını vurğulayıb. Bildirilib ki, Türkiyə, Minsk Qrupunun üzvü kimi münaqişənin tezliklə nizama salınması üçün Qrupun səylərinin artırılmasını vacib hesab edir. Ermənistan-Azərbaycan münaqişəsinin həll edilməmiş qalması səbəbindən Ermənistan regional əməkdaşlıq layihələrindən kənarda qalır. Münaqişəyə son qoyulması regionda yeni əməkdaşlıq imkanlarına, bütün regionun, o cümlədən Ermənistanın inkişafı üçün yeni perspektivlərin açılmasına şərait yaradacaqdır”.

Azərbaycan Daimi Nümayəndəliyi vurğulayıb ki, regiondakı vəziyyətdən aydın göründüyü kimi, bundan sonra da Azərbaycan Ermənistanın münaqişə ilə bağlı xülyalarının reallaşmasına imkan verməyəcək.

“Ermənistanın hazırkı rəhbərliyinin siyasəti nəticəsində bütün regional əməkdaşlıq platformalarından təcrid olunmuş Ermənistan öz siyasətini yenidən nəzərdən keçirməli, hazırkı vəziyyətin həqiqətən erməni xalqının maraqlarına uyğun olub-olmadığı barəsində ciddi düşünməlidir”.

Daimi Nümayəndəlik ATƏT iştirakçı dövlətlərini, Minsk Qrupunu və onun həmsədrlərini Ermənistanın qarşıdurma xəttində vəziyyəti gərginləşdirən əməllərə son qoyaraq, münaqişənin davamlı həlli istiqamətində substantiv danışıqlara cəlb edilməsi üçün bu ölkəyə siyasi diplomatik təzyiq göstərməyə çağırıb.

Rəsmi Yerevan məlumatla bağlı hələ şərh verməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG