Accessibility links

Stratfor: Münaqişənin kökündə duran məsələlər həll edilməmiş qalır


Ilham Əliyev ,Serj Sarkisyan, Vladimir Putin
Ilham Əliyev ,Serj Sarkisyan, Vladimir Putin

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistan və Azərbaycan liderləri arasında son danışıqlar az da olsa ümid yaradır. Bu barədə "Stratfor" Araşdırmalar Mərkəzi https://www.stratfor.com/analysis/talks-are-cheap-nagorno-karabakh Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağla bağlı son danışıqlarını analiz edərkən bu qənaətə gəlib.

Mərkəz yazır ki, iyunun 20-də Sankt-Peterburqda keçirilmiş görüşdən sonra verilmiş bəyanat münaqişə zonasına daha çox beynəlxalq müşahidəçinin cəlbinə çağırır və vurğulanır ki, danışıqların bütün tərəfləri mövcud atəşkəs sazişindən razıdır. Ancaq sülhə yönəlik bu, diplomatik gedişlərə baxmayaraq, münaqişənin kökündə duran məsələlər həll edilməmiş qalır.

Mərkəz qeyd edir ki, liderlərin sülhpərvər vədlərinə baxmayaraq, Ermənistan regiona de-fakto nəzarəti saxlamağa çalışır, Azərbaycan isə buna qarşı çıxır. Aprel döyüşlərindən sonra Bakı nisbətən kiçik ərazini tutsa da, bu toqquşmalar dondurulmuş münaqişəni alovlandırdı, diplomatik vasitəçilik prosesini də gücləndirdi.

"Rusiyanın münaqişədəki mövqeyi daha bir mürəkkəblik yaradır. Strateji baxımdan Ermənistanla müttəfiq olan Rusiya son aylar Azərbaycanla sıx münasibətlər yaradıb və aprel toqquşmalarına Ermənistan tərəfdən müdaxilə etməyib. Əslində, Moskva heç bir tərəfin yanında durmadı və özünü danışıqlara həsr etdi. Görünür, Rusiya Dağlıq Qarabağı idarə olunan böhrana çevirmək istəyir. Elə bir böhrana ki, daşıb tökülmədən qaynamağında olsun, Moskva da arbitr kimi çıxış etsin. Bu strategiya ikili funksiya daşıyır – bir yandan Türkiyə və Qərb kimi xarici qüvvələrin təsirini azaltmağı, digər tərəfdən Moskvanın Ermənistan və Azərbaycandan ötrü əhəmiyyətini bir daha təsdiqləməyi hədəfləyir", analizdə deyilir.

"Hələlik gücləndirilmiş vasitəçilik cəhdləri səmərəli olub. Atəşkəsin pozulması halları azalıb, döyüşlər səngiyib. Ancaq, bu nisbi sülhün qalacağına zəmanət yoxdur. Danışıqlar bir az vaxt qazandırdı, nəfəs almağa imkan verdi, amma onların nəticəsiz qaldığını görən Azərbaycanın səbri tükənə bilər. Sülh danışıqları mübahisəli əraziylə bağlı strateji ziddiyyəti aradan qaldırmayınca, regionda zorakılıq potensialı qalacaq", "Stratfor" qeyd edir.

XS
SM
MD
LG