Accessibility links

Avropa İttifaqı və NATO Dağlıq Qarabağda keçirilən seçkiləri tanımır


Dağlıq Qarabağ

Dağlıq Qarabağ

Avropa İttifaqı və NATO Minsk Qrupu həmsədrlərinin münaqişənin həlli istiqamətində cəhdlərini qəti şəkildə dəstəkləyir

Avropa İttifaqı və NATO Dağlıq Qarabağda keçirilən seçkiləri tanımır.
Avropa İttifaqının Xarici İşlər üzrə Ali Nümayəndəsi və Komissiyanın vitse-prezidenti Ketrin Eştonun bəyanatında deyilir ki, Dağlıq Qarabağda "prezident seçkiləri" iyulun 19-da keçiriləcəkdir. “Xatırlatmaq istərdim ki, Avropa İttifaqı seçkilərin keçiriləcəyi konstitusiya və hüquqi çərçivəni tanımır. Bu "seçkilər" münaqişənin sülh yolu ilə həlli istiqamətində danışıqların aparıldığı ümumi çərçivədə Dağlıq Qarabağın gələcək statusunun müəyyənləşdirilməsinə xələl gətirməməlidir.
ATƏT-in Minsk Qrupunu, xüsusilə də onun həmsədrlərinin münaqişənin sülh yolu ilə həllinə istiqamətlənmiş davamlı cəhdlərini Avropa İttifaqının qəti şəkildə dəstəklədiyini təkrarlayıram. Mən tərəfləri danışıqlar yolu ilə Madrid prinsipləri əsasında münaqişənin həll yolunun tapılması istiqamətindəki səylərini artırmağa çağırıram ki, bu da status kvodan kənarda tərəqqi əldə etməyə imkan verəcəkdir. Avropa İttifaqının bu istiqamətdə göstərilən cəhdləri bundan sonra da dəstəkləməyə hazır olduğunu bir daha təsdiqləyirəm."
NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya regionu üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay isə APA agentliyinə bildirib ki, digər beynəlxalq təşkilatlar kimi NATO da Dağlıq Qarabağda keçirilən qondarma “seçkiləri” tanımır”.
Onun fikrincə, bu cür “seçkilərin” keçirilməsi nizamlanma prosesinə maneçilik törədir: “Belə seçkilərin keçirilməsi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesi ilə ziddiyyət təşkil edir”.
XS
SM
MD
LG