Accessibility links

Elmar Məmmədyarov: Ermənistan "nə bir qarış torpaq, nə bir addım geri" prinsipindən imtina etməlidir


Elmar Məmmədyarov: Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesi davam edir

Elmar Məmmədyarov: Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesi davam edir

Xarici İşlər nazirinin fikrincə, status-kvo dəyişməlidir

ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının ölü nöqtədən irəliləməsi üçün səy göstərir. Bu barədə noyabrın 27-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Minsk qrupunun həmsədrlərin son həftə ərzində regiona səfərinin yekunklarını şərh edərkən deyib.

"Təəssüf ki, həmsədrlərin Yerevana son səfərinin nəticələri müsbət danışmağa əsas vermir. Ermənistan "nə bir qarış torpaq, nə bir addım geri" prinsipindən imtina etməlidir. Status-kvo dəyişməlidir. Münaqişənin nizamlanmaması hadisələrin inkişafını arzuolunmaz məcraya yönəldə bilər", - Elmar Məmmədyarov bildirib.
XS
SM
MD
LG