Accessibility links

2013-cü il yanvarın sonunda Dağlıq Qarabağ danışıqları davam etdiriləcək


Elmar Mamedyarov Eduard Nalbandian
Elmar Mamedyarov Eduard Nalbandian

Görüşdə həmsədrlərin Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair yeni ideyaları müzakirə olunacaq

2013-cü il yanvarın sonuncu həftəsi Azərbaycan və Ermənistanın xarici işlər nazirləri və ATƏT-in Minsk Qrupunun həmsədrləri arasında növbəti görüş keçiriləcək. Bu barədə xarici işlər naziri Elmar Məmmədyarov bu gün jurnalistlərin sualının cavabında bildirib.

Onun dediyinə görə, görüşdə həmsədrlərin Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair yeni ideyaları müzakirə olunacaq.

Nazir həmsədrlərin münaqişənin həllinə dair bir sıra yeni ideyalar hazırladığını və bu ideyaların bir qisminin bölgəyə son səfərləri zamanı gündəmə gətirdiklərini bildirib.

“Bunlar yeni təkliflər deyil, sadəcə, müəyyən ideyalardır və biz Parisdə onların müzakirəsini davam etdirəcəyik”.

Cənab Məmmədyarov ATƏT Xarici İşlər Nazirləri Şurasının Dublində keçirilən iclasında Ermənistanın mövqeyi ucbatından Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 3+2 formatında bəyanatı razılaşdırmağın mümkün olmadığını xatırladıb.

“Son 6-7 iləd bu ilk dədfə idi ki, bəyanatı trazılaşdıra bilmədik. Yəqin Ermənistanda keçiriləcək seçkilərlə əlaqədardır”, o qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG